Teatr Xadimləri İttifaqı Nizami Gəncəviyə həsr olunan bədii qiraət müsabiqəsi keçirib
11:06 01.05.2021
Mədəniyyət
851
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il «Nizami Gəncəvi ili» elan edilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 29-30 apreldə «Sənsiz» adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.
Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb. Sonra iştirakçıların çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar aprelin 30-da mükafatlandırılıb.
Qərara əsasən birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.
Bundan başqa “Münsiflər heyətinin xüsusi diplomu ilə” və “Müsabiqədə iştiraka görə” təltif olunanlar da olub.
Münsiflər heyətinin xüsusi diplomu ilə təltif olunanlar:
Şirinova Naibə Həmdulla qızı (Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri)
Məmmədzadə Nəsimi Əyyub oğlu (Naxçıvan Dövlət Musiqili Dram Teatrı)
Kərimova Gülər Rövşən qızı (Lənkəran Dövlət Dram Teatrı)
Muradov Elçin Əkrəm oğlu (Bakı Bələdiyyə Teatrı)
Nəzərova Dilarə Vaqif qızı (ADMİU-nun tələbəsi)
Müsabiqədə iştiraka görə təltif olunanlar:
Fətullayeva Aygün Bəhruz qızı (Dövlət Gənc Tamaşaçılar Teatrı)
Hümbətov Elmir Uğurlu oğlu (Ağdam Dövlət Dram Teatrı)
Muradlı Kamran Əhməd oğlu (Sumqayıt Dövlət Dram Teatrı)
Qarayev Qaçaq Məhərrəm oğlu (Füzuli Dövlət Dram Teatrı)
Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrı)
Hacızadə Vəfa Nadir qızı (Lənkəran Dövlət Dram Teatrı)
Səfərova Kəmalə Mazanovna (Qusar Dövlət Ləzgi Dram Teatrı)
Qasımova Fatimə Bəxtiyar qızı (ADMİU-nun tələbəsi)
Zeynalova Aytac Rizvan qızı (ADMİU-nun tələbəsi)
Tədbirdə eyni zamanda Nizami Gəncəviyə həsr olunan videoçarx nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edən teatr xadimlərinə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif yaddaqalan tədbirlər keçirəcək, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, münsiflər heyətində Teatr Xadimləri İttifaqının “Dramaturgiya” laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın rəhbəri, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, “Aktyorluq laboratoriyası”nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədri müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya
İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
19:59 04.05.2026
Rəsmi