Təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrini daha da yaxşılaşdırmaqdır
Bir neçə gün əvvəl Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.
Təlim-konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır.
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulmuş müsabiqə haqqında məlumat verən rektor ali təhsil müəssisələrinin mətbuat katiblərini də həmin müsabiqədə iştirak etməyə çağırıb və media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib.Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, “Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir.
Təlim-konfransın media və ali təhsil müəssisələri arasındakı əlaqələrin inkişafında nə kimi təsiri olacaq, belə tədbirlər qarşılıqlı münasibətlərin möhkəmlənməsində nə kimi rol oynaya bilər?
“Ali məktəblərin PR işi media ilə münasibətlərdən də çox asılıdır”
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova təlim-konfransda “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?” mövzusunda çıxış edib. P.İbrahimova ali təhsil müəssisələrinin media və ictimaiyyətlə əlaqələrində PR fəaliyyətinin düzgün qurulmasının əsas prinsiplərini göstərib. Bunlar məlumat açıqlığı, obyektiv kütləvi şüur qanunauyğunluqlarına, insanlararası, təşkilatlararası, cəmiyyətlərarası münasibətlərə söykənmiş, subyektivizmdən, arzuolunanı reallıq kimi təqdim etməkdən və ictimaiyyətə təzyiqdən imtina, fərdiliyə hörmət, insan və insanın yaradıcı imkanlarına istiqamət vermək, ən kiçik vəzifələrdən başlayaraq, iş bölgüsü əsasında işə peşəkarların cəlb olunması, KİV-lə əlaqələr (pablisiti) – müştəri barədə xəbərin yaradılması, daha yaxşı iş görsünlər deyə əməkdaşları stimullaşdırmaq, maliyyə mənbələri ilə əlaqələr, investorlarla münasibətlər, hakimiyyət dairələri ilə münasibətlər, yerli icra hakimiyyətləri və yerli hakimiyyətlə sıx əməkdaşlıq, lobbiçilik, yerli əhali ilə əməkdaşlıq daxildir. Uğurlu PR fəaliyyəti üçün başlıca bacarıqlar sağlam düşüncə, obyektivlik, təşkilatçılıq qabiliyyəti, məntiqi fikir, iti tənqidi qavrama, geniş təxəyyül, başqalarının baxışlarını anlamaq bacarığı, soyuqqanlılıq, detallara son dərəcə diqqət vacib şərtlərdir.
PR kampaniyasında qarşıya qoyulan məqsəd aydın olmalıdır
PR kampaniyasının elementləri isə bunlardır:- Vəziyyətin qiymətləndirilməsi- Məqsədlərin müəyyənləşdirilməsi- Auditoriyanın müəyyənləşdirilməsi- Kütləvi kommunikasiya kanallarının və təsiretmə texnikalarının seçilməsi- Büdcənin planlaşdırılması- Nəticələrin qiymətləndirilməsi
Bu onu göstərir ki, PR kampaniyasında qarşıya qoyulan məqsəd aydın olmalıdır ki, ona doğru aparacaq yollar da aydın müəyyən edilə bilsin. Burada auditoriyanın növləri də müxtəlifdir. Var daxili auditoriya, var xarici. Daxili auditoriya əməkdaşlıq edəcəyiniz şirkətin, təşkilatın əməkdaşları ola bilər, xarici auditoriya isə şirkətin müxtəlif səviyyədə ünsiyyətdə olduğu digər qruplar. PR strukturunun fəaliyyəti üçün maddi vəsaitlər ayrılmalı, vəsaitlərin qarşıya qoyulan məqsədlər üçün sərfi reallaşmalıdır. Əməkdaşların peşəkarlıq səviyyəsi də müasir tələblərə cavab verməlidir.
“Orta təhsil müəssisələrinin də mətbuat xidmətləri olmalıdır”
Ali təhsil müəssisələri ilə məsələ aydındır. Bəs orta təhsil müəssisələri PR işindən kənarda qalmalıdırmı?
Əməkdar müəllim Almaz Həsrət də mətbuatla təhsil müəssisələri arasında əlaqələrin zəif olduğu fikrindədir:
- Təhsil müəssisələri mediaya daim açıq olmalıdır. Təhsil müəssisələri cəmiyyətin formalaşmasında vacib bir halqadır. Orada formalaşan davranışların cəmiyyətə böyük təsiri var. Bu davranışların cəmiyyətdə hansı təsirlər yaradacağı elmi-metodiki yanaşmadan asılıdır. Burada medianın, kütləvi informasiya vasitələri və sosial şəbəkələrin rolu da danılmazdır. Elə bir dövrdəyik ki, sosial şəbəkələr cəmiyyətin idarəedici qüvvəsinə çevrilib. Əgər cəmiyyətimizin müsbət meyilli inkişafını istəyiriksə, sosial şəbəkələrdən düzgün istifadəni bacarmalıyıq. Hansısa bir məlumatın ötürülməsi anlara bağlıdır. İnformasiya ötürülür, dərhal da ona verilən şərhlərin, yanıtların şahidi oluruq. Bəzən təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə də ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq. Amma baxırsan ki, nə təkzib gəldi, nə təsdiq.
Təhsil müəssisəsi susur. İnformasiya isə baş alıb gedir. Mənim təklifim budur ki, hər bir təhsil müəssisəsinin özünün mətbuat xidməti strukturu yaradılsın və bununla da təhsil müəssisəsinin mətbuata çıxışı təmin edilsin. Söhbət ali təhsil ocaqlarından getmir, çünki onların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri var. Mən orta məktəbləri nəzərdə tuturam. Bu təklif kiməsə qeyri-mümkün, lazımsız görünməsin. İndiyədək hansısa orta məktəb barəsində mediada müxtəlif informasiyaların şahidi olmuşuq. Mediaya cavab verən tapılmayıb. Orta məktəblərlə əlaqə saxlayan jurnalistlərə həmişə məktəb direktorlarının katibələri «cavab verib». Halbuki bu, qətiyyən katibənin işi olmamalıdır. Katibə məktəb rəhbərliyi ilə ictimaiyyət arasında sadəcə əlaqələndirici ola bilər. Amma sırf mətbuata, mediaya cavabdeh şəxs təyin edilsə, bu, təhsil sistemimizin inkişafına daha çox kömək edər.
Hər məktəbə bir mətbu orqan
A.Həsrət təklif edir ki, məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin özünün mətbu orqanı olmalıdır:
- Məktəb daxilində mediaya cavabdeh şəxs təyin edilməlidir. Bu şəxs məktəblə bağlı xəbərləri toplasın, ümumiləşdirsin və onların mediada yayılmasını təmin etsin. Deyə bilərlər ki, ölkədə təhsil məsələlərini işıqlandıran media orqanları var.
Məsələn, «Azərbaycan müəllimi» qəzeti. Bəli. İnkar etmək olmaz. «Azərbaycan müəllimi» bir əsrdir ki, təhsilimizin problemlərini işıqlandırmaqla məşğuldur və müəllimlərin ən böyük köməkçilərindən, yardımçılarındandır. Amma bu gün qoyulan tamam başqa problemdir; məlumatların çevik yayılması, hadisələrə çevik reaksiyalar. Bugünki jurnalistikada mənfi yüklü xəbərlərə meyillilik nəzərə alınarsa, söhbətin nədən getdiyi məlum olar.
Orta məktəblərdə mətbuat xidmətlərinin qurulması təhsilimizin müsbət istiqamətdə inkişafının təminində böyük rol oynaya bilər. Bu sistem düzgün və nizamlı qurularsa, orta məktəblərdəki həyat olduğu kimi ictimaiyyətə görünəcək. Niyə ictimaiyyət məktəbdə baş vermiş hər hansı hadisə barədə sosial şəbəkə vasitəsilə qonşudan məlumat almalıdır. Hadisə barədə məktəbin özünün vaxt itirmədən dolğun informasiya verməsi əlavə söz-söhbətlərin, şayiələrin yayılmasının qarşısını alacaq. Digər təklifim məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin mətbu orqanlarının fəaliyyət göstərməsidir.
Təhsil sistemi ilə bağlı bu günün mətbuat orqanları kifayət etmir. O mətbu orqanlar daha çox metodiki kömək xarakteri daşıyır, qanun və sərəncamları gündəmə gətirir. Paytaxtda nəşr olunan hansısa mətbu orqan ölkə ərazisini əhatə etməkdə əlbəttə, çətinlik çəkəcək. Amma hər təhsil ocağının özünün mətbu orqanı olsa, artıq bütün ölkə boyu təhsil müəssisələrini əhatə edəcək. Baxın, bu gün hansısa məktəbdə qazanılan uğurlar, nailiyyətlər, müəllim və ya şagirdlərin uğurları çox vaxt geniş ictimaiyyətə bəlli olmur.
Kimin mətbuatda, mediada tanışı, dostu varsa, bir-iki kəlmə yazdırır, bununla da iş bitir. Belə hal uğur qazanmış şagirdlərə, müəllimlərə də mənfi təsir edir. Xüsusən yüksək nəticələr əldə etmiş məktəblilər özləri haqqında müsbət sözlər, müsbət fikirlər deyildiyini, yazıldığını gördükdə daha da ruhlanarlar. Bir şagird digər şagirdin uğurlarından, müəllimlər də müəllim həmkarlarının nailiyyətlərindən xəbər tutar.
Üstəlik, digər məktəb kollektivləri ilə sağlam rəqabət mühiti də yaranmış olar. Beləliklə, mətbu orqan carçı rolunu oynamış olar. Yaxşı olar ki, məktəblərin mətbu orqanları bu xəbərləri tirajlayıb rayon təhsil şöbələrinə, rayon təhsil şöbələri isə öz növbəsində mərkəzi orqana göndərsinlər. Belədə qazanılan uğurlardan daha çox adam xəbər tutacaq. Azərbaycan təhsil sistemində uğurların əldə olunmasında media ilə nizamlı ələqalərin qurulması vacibdir. Bu, təhsil sistemimizin inkişafına kömək edər. Ona görə də təklif edirəm ki, hər bir təhsil müəssisəsinin ictimaiyyətə çıxışını təmin edəcək mətbu orqanı olsun.
Orada, birincisi, məktəb daxilində baş verənlər, istər müsbət, istər mənfi hadisələr işıqlandırılsın ki, əsassız informasiyaların yayılmasının qarşısı alınsın, ikincisi də bu mətbu orqan ictimaiyyətlə məktəb arasında körpü, rabitə rolunu oynasın. Niyə biz gərək hansısa yeniliyi kimsə, hansısa ölkə tətbiq etdikdən sonra təcrübədən keçirək?! Olmaz ki, bir dəfə də özümüz ilk addımı ataq?!
Məktəblərdə mətbu orqan yaratmaq çətin iş deyil. Peşəkarlar bunu çox gözəl bacarar. Amma biz məktəbdə yaranacaq yeni model mətbu orqanları sovet dövrünün məktəb divar qəzetləri səviyyəsinə endirməməliyik. Orta məktəblər də yeni PR metodları ilə işləməlidir.
Media və təhsil dialoqu
12:46 18.07.2019
Media
3070
Oxşar xəbərlər
Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirilib
14:48 20.12.2024
Könüllülər üzrə məsul şəxslər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib -FOTO
18:06 19.12.2024
Xəbər lenti
Hamısına bax
Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış edirlər
19:45 22.12.2024
Gündəm
Rusiyadan Macarıstana neft nəqli bərpa edildi
19:37 22.12.2024
Dünya
Salonikidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
19:27 22.12.2024
Cəmiyyət
Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü
19:15 22.12.2024
Hadisə
Çin Kanadaya qarşı sanksiyalar hazırlayır
19:08 22.12.2024
Siyasət
Husilər ABŞ-nin təyyarədaşıyan qrupuna hücumlar təşkil edib
18:53 22.12.2024
Dünya
"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb
18:44 22.12.2024
İdman
Emrah onlarla qonşu olacaq
18:38 22.12.2024
Şou
Bakıda “Mercedes” yol kənarındakı maneəyə çırpılıb, üç nəfər ölüb
18:32 22.12.2024
Hadisə
Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib
18:20 22.12.2024
Təhsil
Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər
18:09 22.12.2024
Hərbi
Türkiyədə zəlzələ olub
17:55 22.12.2024
Hadisə
Meloni: Sərhədlərimizi qoruya bilmədik
17:46 22.12.2024
Dünya
Milad bayramı alış-verişinə 9 milyard avro xərcləyəcəklər
17:35 22.12.2024
Relaks
Şimali Koreya bu raketini Rusiyaya verib
17:24 22.12.2024
Hərbi
İsraildən "Hizbullah"a xəbərdarlıq: Ciddi zərbə vuracağıq
17:16 22.12.2024
Gündəm
Suriyalılar İsrail ordusunu ölkədən qovacaq - Xamenei
17:07 22.12.2024
Dünya
Rusiya 100 dronla Ukraynaya hücum edib - evlərə ziyan dəyib
16:54 22.12.2024
Hərbi
Hakan Fidan Suriyaya gedib, yeni hökumətin lideri ilə görüşüb
16:43 22.12.2024
Siyasət
Tramp Zelenskini müharibəni dayandırmağa çağırıb - "El Pais"
16:34 22.12.2024
Dünya
"Şamaxı" "Sabah"a qalib gəldi
16:03 22.12.2024
İdman
Qəzzada həlak olan fələstinlilərin sayı 45 mini keçib
15:56 22.12.2024
Dünya
Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi - "Əks halda..."
15:49 22.12.2024
Gündəm
4 ölkə Ukrayna ilə bağlı mühüm qərar verdi
15:42 22.12.2024
Siyasət
Fransanın yeni Baş naziri ən aşağı reytinqlə işə başlayıb
15:31 22.12.2024
Siyasət
Konqoda bərə aşıb, onlarla insan həlak olub
15:22 22.12.2024
Dünya