Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.
Bu barədə Zahir Əzəmət özü məlumat verib:
"Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq komandamızın böyük hissəsini də formalaşdırmışıq. Maraqlı və aktiv seçki kampaniyamız olacaq. İndidən bu dairədən namizədliyini irəli sürən digər namizədlərə də uğur arzulayıram. Dairədə aktiv və sivil bir seçki marafonu təşkil edə bilmək üçün bütün namizədlərlə ortaq mövzularda əməkdaşlıq qurmağa çalışacağıq".
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.