“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb.
Sherg.az-ın xəbərinə görə, o, namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb. Jurnalistin həmin dairədə əsas rəqibiÜmid Partiyasının sədri İqbal Ağazadədir.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 9 fevralda keçiriləcək.