Tanınmış jurnalist, “7 Gün” qəzetinin və media məktəbinin qurucusu Emin Eminbəyli 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu.
Bu gün onun vəkilliyi ilə bağlı prosedur rəsmiləşib. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra Emin Eminbəyli R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.
O, seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat-təşviqat və digər proseslərə nəzarət edəcək. E.Eminbəyli R.Arifoğlunun seçki prosesində iştirak etməkdən məmnunluq duyduğunu bildirib.
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.