Azərbaycanlı jurnalistin yazısı Türkiyənin məşhur jurnalında dərc edildi - FOTO

Azərbaycanlı jurnalist, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Türkiyənin tanınmış jurnalı hesab edilən GLOBAL MEDİA-da yazısı dərc olunub.

“Küresel Gazeteciler Konseyi” jurnalında dərc olunan yazıda medianın qloballaşmasından və baş verən hadisələrin mətbuata təsirindən bəhs olunur.

 Qeyd edək ki, jurnalda Türkiyənin bir çox məşhur jurnalistlərinin də yazısı yer alıb.

Onların içərisində “Küresel Gazeteciler Konseyi”nin rəhbəri Mehmet Ali Dim, “Hürriyyet” qəzetinin yazarı Aynur Tattersal, Sabah qəzetinin xəbər müdiri Osman Altınişık, tanınmış savaş müxbiri İrfan Sapmaz,  Haberturk-ün əməkdaşı Bülent Aydemir , Mehmet Çetinkaya, Dogan Haber Ajansının rəhbəri Salih Zeki Sarıdanişmetin adının çəkmək mümkündür. E.Eyvazlının yazısı iki dildə, türk və ingilis dillərində yayımlanıb.

Ətraflı aşağıdakı linkdə tanış ola bilərsiz: https://online.flippingbook.com/view/572760/62-63/