Deputat:"İnformasiya təhlükəsizliyimizdə boşluqlar var”

“Bu gün bizim informasiya təhlükəsizliyimizdə boşluqlar var”
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Musa Qasımlı deyib. 
Deputat bunun çox ciddi məsələ olduğunu söyləyib: 
“İnformasiya təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin təməl prinsiplərindən biridir. Bu, klassik anlamda da, müasir anlamda da belədir. Azərbaycanda indi senzura yoxdur. Kim nə istəyir, yazır. Amma informasiyanı yazan şəxs yazdığına məsuliyyət daşımalıdır. Mən baxışıma görə demokratikəm və nəzarətin əleyhinəyəm. Amma bəzi şeyləri tənzimləməliyik. Bu gün bütün sosial şəbəkələrdə gedən proseslərin arxasında Azərbaycanda dövlətçiliyin təməlini sarsıdacaq meyl dayanır. Birincisi, radikalizm, ikincisi, anarxiya və dövlət hakimiyyətinə inamsızlıq. Biz informasiya məkanını boş buraxmamalıyıq. Bu gün bizim informasiya təhlükəsizliyimizdə boşluqlar var”.