"Yalan informasiya yaymağa görə məsuliyyət ağırlaşdırılsın" – Təklif


Yalan informasiya yaymağa görə məsuliyyətin ağırlaşdırılması təklif edilir. 

“Sherg.az” xəbər  verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputat bildirib ki, radikal müxalifət koronavirusda istifadə edərək yalan məlumatlar yaymaqla cəmiyyəti çaşdırmağa çalışır:

“Hesab edirəm ki, buna qarşı tədbirlər görülməlidir. İnformasiya dəqiq deyilsə, xalqı çaşdırmağa xidmət edirsə, dövlət əleyhinə yönəlirsə, qərəzlidirsə, bununla bağlı ciddi addımlar atılmalıdır”. 

S.Novruzov professor Cəmil Həsənlinin sosial şəbəkədə yazdığı statusa da toxunub:

“Özünü alim adlandıran Cəmil Həsənli xaricdə oturub Milli Təhlükəsizlik Nazirliyinin 94-cü ildən sonrakı arxivlərinin açılmasını istəyir. Bundan əvvəl isə 92-93-cü ildə arxivlərin açılmasını istəyirdilər. O zaman dedilər ki, arxiv açıqlsa vətəndaş müharibəsi olacaq.  Çünki yaxşı  bilirdlər ki, 92-93-cü illərin arxivləri açılsa, oradan öz adları çıxacaq”.