Jurnalistlər üçün bankomat və "BakıKart" aparatı... – KİVDF-nin təşəbbüsü alqışlandı + Foto

Bakıda jurnalistlər üçün inşa edilən binanın qarşısında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə bankomat və “BakıKart”  yükləmə aparatı quraşdırılıb. 



“Sherg.az” xəbər verir ki, məlum bankomat “Kapital Bank”a, yükləmə terminalı isə Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsusdur.
Şübhəsiz ki, məqsəd qələm əhlinin rahatlığını təmin etməkdir. 



Ərazidə yaşayan jurnalistlər KİVDF,  “Kapital Bank” və BNA rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.