Kollektiv gələn il 30 illiyini təntənəli şəkildə qeyd edəcək
Qəzetçilik sahəsində xüsusi yeri olan "525-ci qəzet"in doğum günüdür. Bir igidin ömrünə bərabər olan "525"-in nə az, nə çox, 29 yaşı tamam olur.
"525" ötən əsrin 90-cı illərində Azərbaycanda nəşr olunan yeni qəzetlərdən biri olub. İlk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb.
Başda Rəşad Məcid olmaqla bir qrup gənc jurnalist tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrilib. Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxıb. Karyeralarına "525"-dən başlayanlar indi öncül media qurumlarında çalışır.
1995-ci ildən qəzetə rəhbərlik edən baş redaktor Rəşad Məcid "Şərq" vasitəsilə təbriklərə cavab verib.
“Bu münasibətlə bizi təbrik edirlər. Qəzetimizin sadiq oxucusu, dostumuz Yusif İldırımzadə redaksiyamıza gəlib. Şəxsən kollektivimizi təbrik edib.
Qəzetimizin doğum günü münasibətilə təbrik edənlər, sağ olsunlar! Gələn il 30 illiyimizi geniş formada qeyd edərik”.
"Şərq" də öz növbəsində "525-ci qəzet"in yaranmasının 29-cu ildönümü münasibətilə qəzetin kollektivini təbrik edir, həmkarlarına fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayır.