"Jurnalistikadan getməmişəm. Efirə qayıdacam, amma tarix və məkan bəlli deyil. Onu zaman göstərəcək. Mətbuat katibi kimi çalışacam, lakin uyğun efir olarsa, işimə davam edəcəm".
Bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış aparıcı Elvin Basqallı söyləyib.
Xatırladaq ki, Elvin Basqallıya "Azəristiliktəchizat" ASC-də mətbuat katibi vəzifəsi verilib. O, sözügedən təyinatdan əvvəl "Xəzər" və "Space" televiziya kanallarında çalışıb.