Baş yazar optimistdir!-  “Mətbuat Şurası yeni nəfəslə işləyəcək”

“MŞ ayrı-ayrı ölkələrinin media ilə bağlı istəklərinə cavab verən bir qurum olacaq”

“Hesab edirəm ki, bu təşkilat jurnalistlərin istəklərinə uyğun fəaliyyət göstərəcək”

Oktyabrın 4-də  Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda Səadət Məmmədova və Vüqar Zifəroğlunun Şuranın sədr müavinləri, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.
Azərbaycanı Parlament Jurnalistlər Birliyinin sədri, Qlobal Jurnalistlər Şurasının beynəlxalq məsələlər üzrə rəhbəri , Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı MŞ-in yeni tərkibli ilk toplantısından “Sherg.az”a danışıb. O, bildirib ki, iclas daha çox yeni sədr müavinlərinin,onların komissiya rəhbərlərinin seçilməsi və geniş müzakirə ilə yadda qalıb:

 “Müzakirədə ölkəmizin maraqlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eyni zamanda, jurnalistikanın şəffaflaşdırılması, dövlət-media arasında münasibətlərin arzuolunan səviyyəyə gətirib çıxarılması başlıca prioritet olub. İclasda ilk dəfə “Etika komitəsi” yaradıldı və rəhbəri seçildi. 

Bunlar artıq bizə MŞ-in yeni nəfəslə işləyəcəyini deməyə əsas verir. Bilirik ki, istənilən bir qurumun rəhbərindən də çox şey asılıdır. Rəşad Məcidin sədr seçilməsi də MŞ-yə yeni yanaşmalar gətirəcək və o dünyanın ayrı-ayrı ölkələrinin media ilə bağlı istəklərinə cavab verən bir qurum olacaq. Mən bu məsələlərdə çox optimistəm. Hesab edirəm ki, bundan sonra da Mətbuat Şurasının idarə heyətinin bütün üzvlərinin iştirakı ilə keçirilən toplantılar Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək. 

Ölkəmizdə media ilə dövlət qurumu arasında, eyni zamanda, sosial şəbəkə istifadəçiləri ilə jurnalistlər arasındakı münasibətlərin istiləşməsinə gətirib çıxaracaq. 

Qeyd edim ki, iclasda jurnalistika fakültəsinin tələbələri ilə bağlı da müxtəlif fikirlər səsləndirildi. Hesab edirəm ki, çox yaxın zamanlarda MŞ insanların, jurnalistlərin istəklərinə uyğun fəaliyyət göstərəcək. 

MŞ Azərbaycan jurnalistlərinin hərtərəfli inkişafına dəstək verəcək. Müzakirə olunan məsələlərlə bağlı gerçək iş ortaya qoyacaq”.