
İranın türksüz tarix uydurması puçdur - ALİM
02:57 09.09.2025
Cəmiyyət
681
Faiq Ələkbərli: “Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur”
İran Milli Kitabxanası və Arxivində Ermənistanın tarixi və mədəniyyətinə dair 60-a yaxın kitabın təqdim olunacağı “Erməni guşəsi” açılıb. Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Açılış nazir Janna Andreasyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyətinin İrana səfəri zamanı baş tutub.
Nazirlik artıq 15 kitabı İran tərəfinə təhvil verib.

AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında deyib ki, özünü “İran İslam Respublikası” adlandıran Tehran rejiminin hər fürsətdə Ermənistanla əməkdaşlığa can atması təsadüfi deyil:
“Tarixi faktlar göstərir ki, İran ərazisi yüz il öncə türklər tərəfindən idarə olunub və bu reallıq tezliklə bərpa olunacaq. Lakin Tehran hakimiyyəti bu tarixi faktları qəbul etmək istəmir və Azərbaycanın varlığını sistemli şəkildə mənimsəməyə, onu gözdən salmağa çalışır. İran Milli Kitabxanası və Arxivində Ermənistanın tarixi və mədəniyyətinə dair 60-a yaxın kitabın təqdim olunacağı “Erməni guşəsi”nin açılması məhz bu qərəzli siyasətin bir hissəsidir. Bu addım açıq mesaj verir: Tehran Azərbaycan və türklərin tarixini görməməzlikdən gəlir, əksinə, erməniləri ön plana çıxarmaqla regionda qərəzli tarix təhrifinə yol açır. İran Milli Kitabxanasında “Azərbaycan və ya türk guşəsi”ni görmək mümkündürmü? Əlbəttə ki, xeyr. Bu addım sadəcə tarixi və mədəni irsin siyasətə alət edilməsinin göstəricisidir. İranın bu siyasəti özündə həm də ideoloji mesaj daşıyır: guya türklər olmadan da İran dövləti mövcuddur və mövcudluğunu davam etdirəcək. Amma bu, tamamilə yanlış və tarixi reallıqlardan uzaq bir yanaşmadır. Həqiqət budur ki, İran ərazisinin formalaşmasında və tarixi proseslərdə türklərin rolu əvəzsizdir və bu, heç bir “Erməni guşəsi” ilə ört-basdır edilə bilməz”.
F.Ələkbərli hesab edir ki, Tehranın Ermənistana köklənməsi ilə Qafqazda təsir imkanlarını artırmaq cəhdi isə uğursuzluğa məhkumdur. Ermənistan özü artıq türk dünyası və Azərbaycanla inteqrasiya perspektivlərini ciddi şəkildə nəzərdən keçirir və regionun real geosiyasi imkanlarını anlamaqdadır:
“İranın Ermənistana yönəlmiş siyasəti onu yalnız geri çəkir, regionda itirilmiş mövqelərin qayıtmamasına səbəb olur. Nəticə olaraq, İran Milli Kitabxanasındakı bu “Erməni guşəsi” təkcə mədəni layihə deyil, həm də siyasi siqnaldır – tarixi təhrif və Azərbaycan qarşısında qərəzli mövqenin nümayişidir. Lakin bu cəhdlər boş və təsirsizdir; tarix və reallıq öz yerindədir və türk dünyasının mövcudluğu həmişə bu regionun ayrılmaz faktı olaraq qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya
Sabah 37 dərəcə isti olacaq
12:27 09.07.2026
Ekologiya
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
12:02 09.07.2026
Sosial
Oynaqları möhkəmləndirən marmelad hazırlanıb
11:57 09.07.2026
Sağlamlıq
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
11:56 09.07.2026
Gündəm
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
11:40 09.07.2026
Gündəm
DÇ-2026: 1/4 final matçının başlama saatı dəyişdirilə bilər
11:33 09.07.2026
Futbol
Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
11:27 09.07.2026
İqtisadiyyat