Ankarada “Əkinçi” intellektual yarışı baş tutub

Azərbaycan Türkiyə Tələbə Birliyi, “Xəzər” İntellektual Gənclər Klubu və Azerbaijan Youth Network-un tərəfdaşlığı ilə Ankarada Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş “Əkinçi” intellektual yarışı baş tutub. 
Sherg.az xəbər verir ki, yarışmada “Molla Nəsrəddin”, “Füyuzat”, “İstiqlal”, “İrşad”, “Əkinçi” komandaları iştirak edib. 
Türkiyədə təhsil alan tələbələr Cavid Zeynalov, Rasim Həsənzadə, Tuqay Əsədli və Xəlil Quliyevin təmsil olunduğu “Molla Nəsrəddin” komandası yarışmanın qalibi olub.