Aqil Ələsgər:“Mətbuatımızın problemləri çoxdur”
Yusif Nəzərli
12:21 26.09.2022
Media
812
Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı başa çatıb. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb və quruma sədr seçilib. Qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə isə 23 nəfər daxil edilib. Formalaşdırılan yeni İdarə Heyətinin üzvlərindən biri, "Yeni Çağ” media qrupunun baş direktoru Aqil Ələsgər jurnalistlərin səkkinci qurultayı ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. O, diqqətə çatdırıb ki, bizdə bir çox insanlar fəaliyyətə başlayan yeni kadrların mütləq şəkildə özündən öncəkinin bütün əməllərinin üstündən xətt çəkməli olduğunu düşünür. Bu olduqca yanlış düşüncədir:
“Mətbuat Şurasının iyirmi illik bir təcrübəsi var. MŞ bu iyirmi il ərzində ciddi dəyişikliklər edib. Bu gün zamanın tələbi ilə müasir dövrümüz bizim qarşımıza hansı tələbləri qoyursa, biz onların yönündə fəaliyyət göstərməliyik. Bizdən öncə yaxşı proseslər olubsa da, onları davam etdirməliyik.
Azərbaycan mətbuatının problemləri , gələcək perspektivləri ilə bağlı məsələləri müzakirə edib, aktual olanları gündəmə gətirib onları dövlət qurumları qarşısında qaldırmalıyıq. Eyni zamanda dövlətin bu sahədə fəaliyyət göstərən Medianın İnkişafı Agentliyi ilə daha geniş əlaqələr qurub, fəaliyyətimizi onlarla koordinasiya edərək Azərbaycan mətbuatının inkişafı üçün çalışmalıyıq. Mətbuatımızın problemləri çoxdur. Bunlardan ən vaciblərini seçib əvvəlcə onların üzərinə işləməliyik. Biz fəaliyyətimizdə öz jurnalistlərimizin problemləri ilə bağlı məsələləri ön planda tutmağa çalışmalıyıq.
İndi jurnalistikadakı nöqsanların aradan qaldırılması, jurnalistlərin peşə qabiliyyətlərinin artırılması istiqamətində təklifləri toplayırıq. Hələ idarə heyətində vəzifə bölgüsü aparılmayıb. Bunları müzakirə edəcəyik və inanıram ki, bu dörd ili boşuna keçirməyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq