Azər Həsrət: Doğu Perinçək deyilən bu alayarımçıq...
10:04 31.10.2025
Media
510
Türkiyənin siyasi palitrasında Doğu Perinçək adında siyasi xadim ümumiyyətlə gözə dəymir
Azərbaycan tolerantlığa çağırış edənlərin ölkəmizdə tədbir keçirməsini əngəlləməz
Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinlər Konfransının təxirə salınması ilə bağlı müxtəlif fikirlər səslənir. Xüsusilə Türk siyasətçi Doğu Perinçək bu məsələ ilə əlaqədar bəzi iddialar irəli sürüb. Bununla belə, rəsmi mənbələrdə tədbirin ləğvinin səbəbləri barədə konkret açıqlama verilməyib. Mətbuatda yayılan məlumatlara əsasən, toplantının təhlükəsizlik amilləri nəzərə alınaraq təxirə salındığı bildirilir. Azərbaycan bu tədbirin təşkili prosesində birbaşa iştirak etmədiyini, konfransın Avropa Ravvinlər Assambleyasına məxsus beynəlxalq təşəbbüs olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti tolerantlıq və dinlərarası dialoqun təşviqi sahəsində formalaşmış mövqeyini qoruyur və bu istiqamətdə beynəlxalq əməkdaşlığa önəm verir.
Azər Həsrət Sherg.az-a açıqlamasında bu məsələdə Doğu Perinçək adlı şəxsin təqsirkar olduğunu bildirib:
"Ravvinlərin Bakıda keçiriləcək konferansının ləğv edilməsi məsələsinə Doğu Perinçək adlı adamın özünü yamaması açığını deyim ki, məndə qəribə hisslər yaradır. Qardaş Türkiyənin siyasi palitrasında Doğu Perinçək adında siyasi xadim ümumiyyətlə gözə dəymir. Üstəlik də adda-bıdda gözə dəyən bu adamın ipinin ucunun Moskvanın əlində olması heç kimə sirr deyil. O bütün fəaliyyəti dövründə Moskvanın quyruğuna bağlandığına görə, qardaş Türkiyədə keçirilən heç bir seçkidə bu səs toplaya bilmir. Prezidentliyə, deputatlığa namizədliyini iddia edir, amma xalqdan səs ala bilməyərək sıfırın altında səs toplayır. Adi deputat mandatını özünə təmin edə bilməyən adamın Bakıda keçiriləcək beynəlxalq tədbirin ləğvinə nail olduğunu hansı ağılla iddia etdiyi gülüncdür.
Azərbaycan dövləti o dövlət deyil ki, Türkiyənin hansısa əyalətinin, hansısa, kəndində qalmış və dünyanın xəbəri olmayan alayarımçıq Moskva uşağının çağırışı ilə nəyisə ləğv etsin. Bu cür adamlar həddən artıq boylarını aşan əməllər törətmək istəyirlər, amma dönüb özlərinə baxmağı unudurlar. Çağırışlarının, əməllərinin boylarını aşıb- aşmadığını düşünmürlər. Reallıq hissini itirmiş belə adamlar Azərbaycan dövlətinin heç vaxt gözü önündə olmayıb, ola da bilməz".
Ekspert Azərbaycanın addımlarını atarkən, belə adamlarla məsləhətləşmədiyini, yaxud da onların mövqeyini nəzərə almadığını söyləyib:
"Eləcə də öz ölkəsində hər hansı siyasi uğuruyla diqqət çəkməmiş, təsadüfi bir xadimin fikrini üstün tutmaz. Ona görə də bu Ravvinlərin Bakı toplantısının ləğvi ilə bağlı deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Düzdür, mətbuatda xəbərlər gedib ki, bu toplantı təhlükəsizlik səbəbindən təxirə salınır. Lakin bunu Azərbaycan etmir, Ravvinlərin özləri edirlər. Hələlik onların rəsmi web saytında rəsmi açıqlama olmasa da, biz bunu dünya mediyasından oxuduq. Bu, birinci dəfə deyil. Ravvinlərin iyun ayında Bosniya Hersaqovinyanın paytaxtı Sarayevada keçiriləcək toplantısı da ləğvi edildi. Biz buna da normal yanaşırıq, şəxsi işləridir. Üstəlik də bu bir dövlət tədbiri deyil ki, Azərbaycan o tədbirin keçirilib-keçirilməyəcəyinə qarışsın. Bu, Avropa Ravvinlər konfransıdır. Onlar bütün dövlətlərdə müstəqil şəkildə hərəkət edən beynəlxalq bir şəbəkədir. Avropanın hər tərəfində 700-ə qədər üzüvləri var, istədikləri ölkəni seçib, gedib orada tədbirlərini də keçirirlər. Bu işlərə də heç vaxt dövlət qarışmır. Azərbaycan dövləti bu məsələdə ümumiyyətlə iştirak etmir. Doğu Perinçək deyilən bu alayarımçıq siyasi iddialının ortaya atılıb "mən tələb etdim, ləğv etdilər" deməsi absürddür".
Müsahibimiz Azərbaycanın öz tolerantlığı ilə dünyada ad çıxarmış ölkə olduğunu vurğulayıb:
"Avropa Ravvinlər konfransı da məhz tolerantlığa, dinlər arası dialoqa çağırış edən şəbəkədir. Azərbaycan tolerantlığa çağırış edənlərin ölkəmizdə tədbir keçirməsini əngəlləməz. Kiminsə İsrail dövləti ilə problemi varsa buna biz qarışmırıq. Ravvin, yəhudi olmaq demək mütləq İsrail dövləti demək deyil. Bu etnik nifrətin, düşmənçiliyin Doğu Perinçək deyilən adamda haradan qaynaqlandığı maraqlıdır. Moskvanın onu körükləndirib etnik nifrəti Azərbaycana soxmaq istəməsinin səbəbi isə sual altındadır. Bu sualların cavabı verilməlidir. Doğu Perinçək hər kimdirsə özünə hesabat verməli və bu etnik nifrəti hansı məqsədlə körükləndirdiyini Azərbaycan-Türkiyə ictimaiyyətinə açıqlamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm