
Azərbaycan əleyhinə rus təbliğatı güclənib -RƏY
Yusif Nəzərli
04:15 03.09.2025
Media
708
Bu təbliğat kampaniyasının arxasında Rusiyanın hakim dairələri dayanır
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Rusiya ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu qərəzli kampaniya Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb. Rusiya KİV-ləri aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabını kontekstdən çıxarılaraq saxtalaşdırıblar, təhrif olunmuş formada rus oxucusuna təqdim ediblər. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib. Diqqətçəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır. Bəyanatda o da qeyd edilib ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur: "Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a açıqlamasında deyib ki, Rusiya özünün siyasi, hərbi və geosiyasi gücünə arxalanaraq digər ölkələrə qarşı mütəmadi olaraq təzyiq alətlərindən istifadə edir. Partiya rəhbərinin sözlərinə görə, bu isə onu göstərir ki, Rusiya öz qonşuları ilə bərabər əsaslı münasibətlər qura bilmir:

"Nəticədə gərginləşən münasibətlər, qarşıdurmalarla müşahidə edilən vəziyyətlər yaranır. Hazırda belə gərgin münasibəti Azərbaycanla da yaşamaqdadır. Səbəb isə Rusiyanın ölkəmizə qarşı öz səhvlərini etiraf etməməsi və üzr istəməməsidir. Görünür, Rusiya nəinki öz səhvlərini etiraf etmək istəmir, hətta öz təbliğat maşını ilə ictimai fikri çaşdırmağa çalışır. Azərbaycan Prezidenti öz müsahibəsində tarixi fakta istinad edərək "qızıl ordu" tərəfindən Azərbaycan Respublikasının işğal etdiyini ifadə edib. Arxiv materialları da sübut edir ki, Şərqin ilk demokratik ölkəsi olan Azərbaycan hakimiyyəti təhdid və zorakılıqla dəyişdirilib".
M.Rəhimov vurğulayıb ki, qəribə də olsa, Rusiya mediası və ekspertləri SSRİ-nin təəssübkeşi kimi çıxış edirlər:
"Eyni zamanda bu missiyanı yerinə yetirərkən faktları saxtalaşdırmaqdan da çəkinmirlər. Təbii ki, bu təbliğat kampaniyasının arxasında Rusiyanın hakim dairələri dayanır. Çünki bu ölkədə artıq müstəqil mətbuat qalmayıb və medianı iqtidar yönəldir. Hər kəs bilir ki, sosializmin qurulması yüz minlərlə insanın məhv edilməsi hesabına olub. Bunu inkar etmək mümkün deyil. Müşahidələr göstərir ki, Rusiyanın təxribat və aldadıcı təbliğat kampaniyası Azərbaycan mediası tərəfindən kifayət qədər zərərsizləşdirilir. Bizim informasiya məkanımız Rusiya təxribatına bağlıdır və o, cəmiyyətimizdə heç bir effekt vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
19:35 23.05.2026
Gündəm
İran ABŞ-dən təzminat müqabilində Hörmüzü açmağı təklif edib
19:27 23.05.2026
Gündəm
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm