Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib
15:44 22.07.2025
Media
475
22 iyul 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Sherg.az xəbər verir ki, media, dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yubiley tədbiri Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 İyul – Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Tədbirdə bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medallarının təqdim ediləcəyi barədə məlumat verilib.
Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Yubiley tədbiri zəngin bədii hissə ilə davam etdirilib.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya