Azərbaycanda İran radioları! -Ciddi məsələdir:“Parlament işə qarışmalı...”
Fidan Həmişəyeva
12:11 13.04.2021
Media
845
"Masallıdan sonra Cəlilabad, Biləsuvar, Salyan və Qobustan rayonlarından keçib Bakıya çatırsan. Yeni çəkilən yol çox rahatdır. Adam ətrafa baxa bilir, üstəlik bəzən radiosunu da dinləmək istəyirsən. Amma bu ərazilərdə bizim FM dalğasında Azərbaycan radioları deyil İran radioları yer alır".
Bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz Feysbuk hesabında yazıb. Naşir bunun məəttəl qalmalı iş olduğunu qeyd edib:
"Necə ola bilər öz ərazində, öz yolunda öz radiolarını dinləyə bilməyəsən? Bu, nəylə bağlıdır? Niyə bizim dalğalar İran sərhəddinə yaxınlaşanda sıradan çıxır? Buna hansı qurumlar məsuliyyət daşıyır?!"
Mövzu barədə “Sherg.az”a danışan tanınmış media eksperti Zeynal Məmmədli bildirib ki, sualımız birbaşa Milli Tеlеviziyа və Rаdiо Şurаsına (MTRŞ) ünvanlanmalıdır:
“Bu qurum monitorinqlə də məşğuldur. MTRŞ texniki nüanslarla bağlı məsələni ən yüksək səviyyədə həll etməlidir. Məntiqə görə, belə məsələlər xüsusi xidmət qurumlarının, üstəlik parlamentin diqqət hədəfində olmalıdır. Çox ciddi məsələdir və dövlət güvənliyi kontekstində həllini tapmalıdır. Səhlənkarlığa yol verənlər, təbii ki, cəzalandırılmalıdır. Problem uzun müddətdir ki, var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual