Azərbaycanda jurnalist həmrəyliyi varmı? - “Vəziyyət çox aşağı səviyyədədir”
Banuçiçək Kalbalıyeva
10:45 08.09.2021
Media
986
Elçin Mirzəbəyli:“44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasının yanında olan həmkarlarımla həmrəyəm”
Zeynal Məmmədli:“Həmrəylikdən söhbət gedə bilməz. Burada hər birimizin günahı var”
Bu gün- sentyabrın 8-i dünyada Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur. 1958-ci ildə ildən hitletçilərin həbsxanada edam etdikləri(1943-cü il, 8 sentyabr) çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. O, cavanlığından siyasətlə maraqlanmağa başlayıb, 1921-ci ildə Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri olub. Mənbələrdə qeyd olunduğu kimi, Fuçikin "Edamqabağı reportaj" kitabı 70 dilə tərcümə edilmiş, dünyanın bir çox ölkələrində nəşr olunmuşdur. Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilmişdir. Bütün ölkələrin jurnalistləri və nəşrlər bu gün dünyaya öz hüquqlarının müdafiəsi işində həmrəyliklərini nümayiş etdirməlidirlər.
Bu adi peşə bayramı deyil, jurnalistlərin birlik, həmrəylik günüdür. Bəs ölkəmizdə bu barədə vəziyyət necədir?
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Sherg.az”a açıqlamasında differensial yanaşmanın tərəfdarı olduğunu dedi:
“Beynəlxalq münasibətlər sistemi o qədər mürəkkəb, ədalətsiz və ziddiyyətlidir ki, bu sistemin ayrı-ayrı qütblərinin geosiyasi və geoiqtisadi maraqlarını ifadə edən media təsisatları və onların təmsilçiləri ilə həmrəy olmaq mümkün deyil. Xeyirlə şər həmrəy ola bilməz. Mən 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasının yanında olan həmkarlarımla həmrəyəm, Ermənistanın, erməni diasporunun və Cənubi Qafqazda kök salmış bu qaniçən, vandal tayfanın himayəçiləri ilə yox... Bu baxımdan, təklif edirəm, 44 günlük müqəddəs Vətən müharibəsinə təsadüf edən günlərdən birini Azərbaycan və Türkiyə Jurnalistlərinin Milli Həmrəyliyi Günü elan edək və öz günümüzün qürurunu yaşayaq”.
Media eksperti Zeynal Məmmədli isə Azərbaycanda jurnalist həmrəyliyi ilə bağlı durumun heç də yaxşı olmadığını vurğuladı:
“Vəziyyət düşündüyümüzdən çox aşağı səviyyədədir. Media sahəsində böyük çatışmazlıqlar var ki, onlardan biri də məhz jurnalist həmrəyliyinin olmamasıdır. Bu da öz növbəsində jurnalistikanın prestijinə, universitetlərdə konkret ixtisas üzrə təhsil almaq istəyənlərin sayının azalmasına təsir göstərir. Jurnalistika təsadüfi işlərdən daha az gəlirli peşəyə çevrilib. BDU-nun Jurnalistika fakültəsində illik təhsilhaqqı 2400 manatdır. Bu, dörd il üçün 9600 manat deməkdir. Jurnalistin orta əməkhaqqı isə 350-400 manatdır. İndi o mətbuat işçisi nə qədər çalışmalıdır ki, təhsilə verdiyi pulu kompensasiya etsin? Məhz bu səbəbdən də mediamızda rüşvətxorluq, sui-istifadə halları artır”.
Z.Məmmədli, həmçinin jurnalist həmrəyliyinin formalaşmamasına təsir edən amilləri sadaladı:
“TV müxbirlərinin, sənədli filmlə məşğul olanların...ayrıca təşkilatı varmı? Yox. Çünki həmkarlar təşkilatı özü “ölüdür”. Belə demək mümkünsə, “kor bağırsaqdır”. Təəssüf ki, təkcə jurnalistikada yox, digər peşələrdə də- bütünlüklə cəmiyyətdə belə nöqsanlar az deyil- həmrəylikdən söhbət gedə bilməz. Burada hər birimizin günahı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm