Azərbaycanla Özbəkistan arasında media üzrə əməkdaşlıq müzakirə olunub
Yusif Nəzərli
12:22 16.04.2025
Media
579
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusunda II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
Shergxəbər verir ki, görüş zamanı iki ölkə arasında informasiya mübadiləsinin təmin olunması və qarşılıqlı fəaliyyət mexanizmlərinin müzakirəsi məqsədilə konfransların, praktiki məşğələlərin və işçi qruplarının görüşlərinin təşkilinin əhəmiyyəti vurğulanıb.
Media savadlılığı sahəsində cəmiyyətin məlumatlandırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Xüsusilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, həmçinin hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsinə məsul struktur bölmələrinin rəhbərlərinin və jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm