AzTV sədri müraciət yaydı: "Sevinirik..."
06:45 06.11.2019
Media
553
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov TV və radio əməkdaşlarının peşə bayramını təbrik edib.
O, bu barədə Feysbuk səhifəsində paylaşım edib.
Əziz və dəyərli həmkarlar, bu gün Sizin, TV və Radio əməkdaşlarının, “sehirli qutu”dan yayımlanan sehirli səslərin və görüntülərin müəllifi olan minlərlə insanın peşə bayramıdır. Bu gün Radiomuzun 93, Televiziyamızın isə 63 yaşı tamam olur. Sevinirik...
Sevinirik ona görə ki, canımızdan artıq sevdiyimiz, bu gün sabitliyi və davamlı inkişafı ilə nümunə göstərilən müstəqil Azərbaycan Respublikasının təbliğatçısı, dünyada öz sözü və çəkisi olan, ölkəmizi qlobal miqyasda uğurla təbliğ edən Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin carçısı, media ruporuyuq.
Sevinirik ona görə ki, Ənvər Əlibəyli, İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qurban Yusifzadə, Teymur Əliyev, Elşad Quliyev və s. kimi dəyərli ziyalılardan bizə miras qalan, yaşı bir əsrə bərabər olan Ana radio və televiziyamızın uğurları naminə çalışır, görülən nəhəng işlərə bir damla da olsa fayda verməyə çalışırıq. Sevinirik ona görə ki, bu gün sayı 2 mindən çox olan kollektivimiz bir komanda şəklində, sağlam ab-hava şəraitində, bir ailə kimi yorulmadan fəaliyyət göstərir. Və ən əsası, sevinirik ona görə ki, bizə inam, etimad var və bu inam, etimadla qürur duyur, onun doğrulması naminə əlimizdən gələni edirik. Məqsədimiz isə yalnız regionda deyil, dünyada aparıcı informasiya vasitəsinə çevrilməkdir. Buna da nail olacağımıza əminik. Bu yolda hər birimizə möhkəm can sağlığı, yaradıcılıq uğurları, digər Radio və TV-lərdə çalışan dəyərli həmkarlarımıza bol-bol nailiyyətlər arzu edirik. Bayramınız mübarək!
Qeyd edək ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya