
Bir çox media resurslarının səhifələri “tərcümə materialları” ilə doludur
Yusif Nəzərli
06:12 28.05.2025
Media
481
Ən pisi odur ki, bu tərcümlər adətən, texniki vasitələrlə həyata keçirilir
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Əhməd İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb: "Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq".

Gündəmə gətirilən məsələni "Sherg.az"a dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, jurnalistika nəzəriyyələrinə görə, medianın əsas missiyası cəmiyyətin marağında olan informasiyaları tapıb ona çatdırmaqdan ibarətdir. Ekspert vurğulayıb ki, məlumatlandırma və maarifləndirmə medianın 3 mühüm funksiyasından biridir:
"Əsas şərtlərdən biri də cəmiyyətə çatdırılan informasiyanın obyektiv və qərəzsiz olmasıdır. Jurnalist öz missiyasını həyata keçirərkən, müxtəlif mənbələrdən, üsul və vasitələrdən, texnoloji imkanlardan yararlana bilər. Bu kontekstdə yanaşsaq, jurnalistin, media subyektinin hər hansı bir xəbəri, yaxud maarifləndirici material hazırlayarkən, istinad mənbəyi kimi xaricidilli informasiya resurslarından da yararlanması mümkündür. Amma bunun üçün müəyyən şərtlər mövcuddur. İlk növbədə müəllif hüquqlarına hörmətlə yanaşmalı, istinad etdiyi mənbəni təqdim etməlidir. Həmçinin, istənilən resursa istinadən götürülən fakt jurnalistin öz araşdırmasından keçməli, doğru-düzgün olduğu yoxlanılmalı, zənginləşdirilməli, sonra cəmiyyətə çatdırılmalıdır".
M.Ələsgərli əlavə edib ki, “Media haqqında” qanun bu məsələni çox gözəl tənzimləyir:
"Təqribi təsvir belədir ki, başqasının xəbərinə istinadən hazırlanan xəbər, sənin hazırladığın xəbərin 30 faizinə qədərini təşkil edə bilər. Yəni jurnalist istənilən halda xəbəri hazırlayarkən, oraya öz əməyini qatmalı, dəqiqləşdirib, dolğunlaşdırıb yaymalıdır. Çox təəssüf ki, biz bəzən bunun əksini müşahidə edirik. Bir çox media resurslarının səhifələri “tərcümə materialları” ilə doludur. Ən pisi odur ki, bu tərcümlər adətən, texniki vasitələrlə həyata keçirilir, üslub, forma, terminoloji baxımdan qüsurlu olur. Bu, başqa məsələdir ki, həmin “tərcümə materiallarının” ictimai ehtiyaclıq ölçüsü nə qədərdir".
Oxşar xəbərlər
MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:32 27.07.2026
MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb
16:27 27.07.2026
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya