
Crossmedia.az 1 yaşında: Redaktorlar danışır
13:28 01.11.2025
Media
640
Ölkənin analitik-informasiya saytlarından biri olan Crossmedia.az fəaliyyətinin birinci ilini qeyd edib.
2024-cü il noyabrın 1-də fəaliyyətə başlayan Crossmedia.az cəmi bir il ərzində ölkənin ən diqqətçəkən analitik-informasiya portallarından birinə çevrilib. Saytın əsas məqsədi təkcə xəbərləri paylaşmaq deyil, həm də həmin xəbərlərin arxasında duran prosesləri, tendensiyaları və səbəbləri oxucuya anlaşılan, dərin təhlillə çatdırmaqdır. Hazırda saytın analitik mərkəzi müxtəlif sahələr üzrə ekspert və tədqiqatçıların iştirakı ilə fəaliyyət göstərir.
Crossmedia.az-ın baş redaktoru Mübariz Göyüşlü bir il ərzində saytın qarşıya qoyduğu məqsədlərə böyük ölçüdə nail olduğunu bildirib:
"Təxminən bir il öncə gənc, perspektivli, enerjili kollektivlə yola çıxdıq. Azərbaycan mediasında kifayət qədər güclü və oturuşmuş saytların olduğu, rəqabətin yüksək səviyyədə yaşandığı bir dönəmdə fəaliyyətə başlamaq, əlbəttə, asan deyildi. Lakin bu çətinliklər bizi qorxutmadı. Çünki həm motivasiyamız, həm də inamımız var idi. Bugün qürurla deyə bilərik ki, bu bir il ərzində qarşıya qoyduğumuz məqsədlərə böyük ölçüdə nail olduq. Saytımız analitik-informasiya platforması olaraq fəaliyyət göstərir. Əsas hədəfimiz ölkə başçısının fəaliyyətini həm operativ xəbər, həm də təhlil formasında ictimaiyyətə çatdırmaq idi. Bu istiqamətdə “Prezident gündəliyi” adlı xüsusi rubrika təqdim etdik. Bu rubrikada cənab Prezidentin səfərləri, görüşləri, çıxışları, müsahibələri və digər fəaliyyətləri əhatəli şəkildə təqdim olunur. Eyni zamanda bu çıxışlardan önəmli mesajlar, tezislər çıxarılaraq analitik təqdimat hazırlanır".
Baş redaktor informasiya portallarında ölkənin daxili və xarici siyasəti, iqtisadi, geosiyasi proseslər, eləcə də elm, təhsil və mədəniyyət sahələri ilə bağlı geniş təhlil və araşdırmalar aparıldığını söyləyib:
"“Azərbaycan mətbuatının 150 illiyi”, “Zəfərin 5 ili” və digər aktual rubrikalar da oxucu marağı nəzərə alınaraq təqdim olunub. “Çarpaz baxış” rubrikasında isə millət vəkilləri, ekspertlər və digər rəsmi şəxslərlə müsahibələrə yer verilir. Bu gün biz həm öz həmkarlarımızdan, həm millət vəkillərindən, həm də cəmiyyətin geniş qrupundan, təbəqələrindən, nümayəndələrindən dəstək və təbriklər aldıq. Bu bir tərəfdən bizi sevindirir, digər tərəfdən isə məsuliyyətimizi daha da artırır. Düşünürük ki, doğru yoldayıq və bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirərək davam etdirəcəyik. Hər kəsə təşəkkür edirik".
Crossmedia.az-ın digər redaktoru Kənan Novruzov da saytla bağlı fikirlərini bölüşüb:

"Mən Crossmedia.az komandasına bir qədər gec qoşuldum. Portal təsis ediləndən iki- üç ay sonra mənə təklif gəldi. İlk redaktorluq təcrübəm olacağına baxmayaraq, tərəddüd etmədim. Çünki hara gedəcəyimi, kimlərlə işləyəcəyimi bilirdim. Crossmedia.az bu gün həm də gündəm yaradır. Biz bunu hiss edirik. Bizim iş saatımız yoxdur. "Watsapp" qrupumuz daim "qaynayır". Bəzən gecənin bir yarısı ya qrupa, ya baş redaktorumuza, ya da əməkdaşlarımıza yazıram, nə isə soruşuram. Kimsə təəccüblənmir. Deyəsən, artıq buna öyrəşmişik. Ən böyük amalımız dövlət və dövlətçiliyə xidmət etməkdir. Bizim analitik mərkəzimiz var. O mərkəzin üzvləri arasında tanınan adamlar, o cümlədən alimlər, xaricdə təhsil almış şəxslər fəaliyyət göstərir. Onlar Crossmedia.az-da müntəzəm olaraq gündəmə uyğun araşdırma və təhlillər yazırlar. Həmkarlarıma, oxucularımıza, bizimlə əməkdaşlıq edən ictimai-siyasi şəxslərə təşəkkür edirəm. İki yaşında Crossmedia.az tamam fərqli mövqedə olacaq".
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya