Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetləri sırasında olub
Yusif Nəzərli
06:53 02.05.2025
Media
498
“Bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur”.
Sherg.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:
“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi Sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik! 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb".
Ə. İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olub:
"Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya