Etiraz:““28”də pul dəyişənlər “qəzetçiliyə” keçdilər”
Banuçiçək Kalbalıyeva
11:41 14.07.2021
Media
846
“Fəaliyyəti olmayan şəxs “İlin ən yaxşı jurnalisti” seçilir”
“Vahid jurnalist vəsiqəsinin paylanılması ilə yanaşı, eyni zamanda regionlarda maarifləndirmə tədbirləri keçirilməlidir”
Jurnalistika həmişə diqqət mərkəzində olub. Çünki ictimai rəyə təsir imkanı var. Təəssüf ki, bundan sui-istifadə edənlər az deyil. Bəzi reketçilər özlərini media nümayəndəsi kimi təqdim edərək “dolanırlar”. Eyni ilə bu günlərdə ifşa edilən “jurnalistlər”- Azər Kazımovla Rübabə Vəliyeva kimi.
Beləliklə, cəmiyyətdə mediaya inamsızlıq yaranır. Jurnalistikanın “IV hakimiyyət” statusu gözdən düşür. Odur ki, “Sherg.az” olaraq mövcud problem və onun həlli yolları barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalla söhbətləşdik.
- Son proseslər barədə nə düşünürsünüz?
- Əlbəttə, “reketçiliklə” məşğul olanları qınayıram. 90-cı illərdə paytaxtın 28 may metrostansiyası yaxınlığında valyuta dəyişən dəstə var idi. Sonradan özəlləşdirmə fəaliyyəti ilə məşğul oldular. Ardınca isə “qəzetçiliyə” keçdilər. Baş verənlər mənə həmin hadisəni xatırladır. İndi onlayn medianın, o cümlədən “YouTube” platformasının imkanları saxtakarlara daha geniş meydan açır. Onu da deyim ki, belələri daha çox bölgələrdədirlər. Onlar yerli məmurların jurnalist qorxusundan sui-istifadə edirlər.
- Bəs bu cür “jurnalistlərə” qarşı necə mübarizə aparmaq lazımdır?
- “Qara siyahı”nın tərtib olunması effekt vermədi. Fikrimcə, MEDİA ilə hüquq mühafizə orqanları birgə fəaliyyət göstərməlidirlər. MEDİA-da qaynar xətt yaradılmalı, şikayətləri qəbul etməlidir. Həmçinin qanunvericilik sərtləşdirilməli, “reketlər” inzibati xətalar və cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmalıdırlar.
- Niyə digər sahələrə yox, məhz jurnalistikaya süni meyil bu qədər çoxdur?
- Çünki jurnalistika ilə bağlı fərqli düşüncə mövcuddur. Bircə vəsiqə ilə istənilən hadisəyə müdaxilə edə bilmək “jurnalistlərin” sayını artırır. Amma başqa səbəblər də var.
- Məsələn?
- Saxta diplomlar satılır. Bir də baxırsan ki, heç bir media fəaliyyəti olmayan şəxs “İlin ən yaxşı jurnalisti” seçilir. Bu, medianın adına ləkədir.
- Necə düşünürsünüz, vahid jurnalist vəsiqəsinin yaradılması lazımi effekti verəcək?
- Əlbəttə, bu, özü-özlüyündə yaxşı təşəbbüsdür. Amma yalnız vəsiqə ilə iş bitmir. Konseptual yanaşmaya ehtiyac var. Vahid jurnalist vəsiqəsinin paylanılması ilə yanaşı, eyni zamanda regionlarda maarifləndirmə tədbirləri keçirilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq