“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib - YENİLƏNİB
Yusif Nəzərli
07:11 02.05.2025
Media
397
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.
O diqqətə çatdırıb ki, media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir.
Forumda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva vurğulayıb ki, insan hüquqları cəmiyyətin inkişafında əsas dayaqlardan biri olmaqla, hüquqi dövlət quruculuğunun təməl prinsiplərindən biridir. Bu prinsiplərin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi sahəsində medianın cəmiyyəti informasiya ilə təminetmə və ictimaiyyəti maarifləndirmə funksiyası xüsusi rol oynayır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib ki, məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev vurğulayıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov diqqətə çatdırıb ki, rəqəmsallaşma müasir cəmiyyətin inkişaf dinamikasında mühüm rol oynayır. Bu proses təkcə texnoloji sahələri deyil, informasiya dövriyyəsini, ictimai münasibətləri və vətəndaşların dövlətlə əlaqə imkanlarını da köklü şəkildə dəyişməkdədir, bu dəyişikliklər media və dövlət münasibətlərində yeni çağırışlar və imkanlar yaradır.
Qeyd edək ki, Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edəcək.
***
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir.
Sherg.az xəbər verir ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə edilməsi, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.
Forumun açılış mərasimindən sonra "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində", "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı panel sessiyalar keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə
İynə kimi dişlər: Böyük ağ köpəkbalığının ölümcül təkamülü
12:54 29.01.2026
Maraqlı