Həyatımız gözlənilməz, inanılmaz, inanmaq istəmədiyimiz, amma alın yazımız olan hadisələrdən ibarətdir. Rəşad Reshad Baxsheliyev "Şərq"in işgüzar, əzmkar, zəhmətkeş, gülərüz, zarafatcıl, problemli məsələləri də özünəməxsus yumorla bəzəyib "yola verən" əməkdaşı idi. Hətta 44 günlük Vətən müharibəsində düşmən gülləsi altında da baməzəliyindən geri qalmadı. Onun əsgərləri ilə əl-ələ tutub "qatar kimi" düzülüşlərini heç unuda bilmirəm.
Bəli, jurnalistikamız daha bir itki verdi. Allah rəhmət eləsin, deyirik. Ruhu şad olsun, deyirik. Ürəkdən deyirik həm də. Amma! Ruhun rahatlığı üçün bir vacib əməl var ki müsəlman bunu bilməli və bacarmalı, müsəlman bacı və ya qardaşının qəbrə qoyulduğu ilk gecədə icra etməlidir. Bu, Vəhşət namazıdır. Özümə borc bildim bunu yazmağı. Hər kim bu namazın qılınma qaydasını bilirsə, lütfən, icra etsin. Gecə olmamış. Mən Rəşadın ruhunun rahatlığı, qəbir əzabının yüngülləşməsi üçün qılacam bu namazı. Nə qədər çox insan qılsa, bir o qədər yaxşıdır və yüngüllük olar. İnşəllah ki səf tutanlarımız olacaq. Başlayaq, hələ gec deyil. Kimin bu namazı bilən dostu-tanışı varsa bildirsin, onlar da qılsınlar
Allah köməyiniz olsun, qəbul olunar İnşəllah.