Jurnalistin döyülməsi faktı ilə bağlı CİNAYƏT İŞİ açıldı
06:51 27.08.2019
Media
750
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Bakıda jurnalistin döyülməsi faktı ilə bağlı birgə məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Lent.az -a daxil olan məlumatda qeyd olunur ki, avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.
İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı