Misir prezidenti Səudiyyə Ərəbistanını husilərdən qorumaq üçün parlamentdən səlahiyyət istədi

Misir parlamenti oktyabrın 18-də prezident Əbdülfəttah əs-Sisinin Yəmən husilərinin hücumları zamanı Səudiyyə Ərəbistanına yardım göstərmək üçün səlahiyyət əldə etmək üçün təcili iclas keçirəcək.

Teleqraf xəbər verir ki, Əs-Sisi bu barədə oktyabrın 17-də Misir Hərbi Akademiyasının kursantlarının buraxılış mərasimində bildirib. O, Ər-Riyadın kömək istəməsi halında Qahirənin Səudiyyə Ərəbistanını müdafiə etmək üçün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib.

Misir lideri bunun müdafiə əməliyyatı olduğunu vurğulayıb. Eyni zamanda, o, bu cür yardımın parlamentin təsdiqini tələb edəcəyini deyib və qanunvericiləri təcili iclas çağırmağa səsləyib.

"Əl-Əhram" qəzetinin məlumatına görə, Nümayəndələr Palatasının iclası 18 oktyabrda keçiriləcək.

Əs-Sisinin açıqlaması son günlərdə Yəməndən əməliyyat keçirən husilərin raket və pilotsuz təyyarə hücumlarına məruz qaldığı Səudiyyə Ərəbistanı ətrafında vəziyyətin gərginləşməsi fonunda verilib.