Jurnalistlər neçə gün dincələklər və məzuniyyət pulu veriləcəkmi? - SORĞU
Banuçiçək Kalbalıyeva
14:41 14.07.2021
Media
782
Yaya fəslinin gəlməsi çoxları kimi bizi, jurnalist həmkarlarımızı da sevindirir. Nəhayət, bir müddətlik informasiyadan uzaq qalacağımız, gündəmi, az qala, addımbaddım izləməyəcəyimiz günləri səbrsizliklə gözləyirik. Oxucu sual verə bilər ki, məgər informasiyadan tamamilə təcrid olunmaq mümkündür? Əlbəttə, yox. Amma əlimizdən gəldiyi qədər buna çalışacağıq. Nə edək, “IV hakimiyyət” olmaq məhz bunu tələb edir, yəqin...
“Sherg.az” olaraq müxtəlif redaksiyalardakı kolleqalarımızla söhbətləşib, məzuniyyətə hansı qaydada çıxacaqlarını öyrəndik.
“Məzuniyyət müddəti 21 gündür”
“Yeni Müsavat” media holdinqinin əməkdaşı Cavanşir Abbaslının sözlərinə redaksiyada məzuniyyət ab-havası artıq başlayıb:
“Məzuniyyətə gedənlər də var, hazırlaşanlar da. Kütləvi şəkildə istirahətə getmələr olmasın deyə məsləhətləşmələrlə kolleqalar məzuniyyətə gedirlər. Əsasən eyni sahədən yazanlar bu cür edirlər. Məzuniyyət müddəti 21 gündür. Təbii ki, hər zaman olduğu kimi indi də məzuniyyətə gedəndə əməkhaqqı veriləcək”.
“Heç məzuniyyətə çıxmağa da həvəs qalmır”
“Teleqraf.com”un əməkaşı Mansur Rəğbətoğlu məzuniyyətə o qədər də həvəslə çıxmadığını vurğuladı:
“İyirmi bir günlük məzuniyyətdə oldum, artıq qayıtmışam. “Məzuniyyət” deyəndə ki, bir neçə günlük işə fasilə verdim, sonra qayıtdım. Hava bürkü, hər yer virus, qaydalar, qadağalar, dünya qazan kimi qaynayır, nə bilim... Bütün bu və digər şeylər adamı o qədər tükədir, tənbəlləşdirir ki, heç məzuniyyətə çıxmağa da həvəs qalmır. Məzuniyyətə çıxanda əməkhaqqımı aldım. Redaksiyanın digər əməkdaşları üçün də qayda belədir. Artıq əməkdaşlarımız bir-bir məzuniyyətə çıxmağa başlayıblar”.
“Deyilib ki, maaşınızdan pul tutulmayacaq”
“Report” İnformasiya Agentliyinin əməkdaşı Gülçin Cəmil artıq məzuniyyətdə olduğunu bildirdi: “Elə bu günlərdə istirahət edirəm. Bizdə ildə iki dəfə məzuniyyət verilir. Müddət iyirmi bir gündür. Deyilib ki, maaşınızdan pul tutulmayacaq. Nə qədər doğru olduğunu işə çıxandan sonra biləcəm(gülür)”.
“Aparıcıların istirahət müddəti 24 gündür, əməkhaqqını tam alırıq”
APA Tv-nin aparıcısı Mir Çingiz Ağazadənin sözlərinə görə bu məsələdə heç bir problem yaşanmır:
“Biz aparıcıların istirahət müddəti 24 gündür və ay sonu əməkhaqqını tam alırıq. Məzuniyyətə çıxmazdan öncə ərizə yazmaq vacibdir. Bu sənəd məzuniyyətə gedən şəxsin rəsmiləşdirmə göstəricisidir.. Nə xüsusi maddə, nə də tələb-şərt var. Çəkilişləri bitən əməkdaş yay fəslinin uyğun bir ayını seçib istirahətə yollana bilər. Təbii, bəzən bütün aparıcılar sözləşib məzuniyyətə eyni vaxtda da çıxa bilər. Bu sezondakı iş qrafikinin ağırlığından, ehtiyat proqramların çəkilib-çəkilməməsinə bağlıdır və sırf işçilərin öz arasında dəqiqləşdirilən haldır. Məzuniyyət dövründən əlavə istirahət götürmək istəyənlər isə ödənişli dincələ bilərlər. Bu, sezondakı iş qrafikinin ağırlığı ilə ehtiyat proqramların çəkilib-çəkilməməsinə bağlıdır və sırf işçilərin öz aralarında dəqiqləşdirdiyi bir məsələdir”.
“Bizə məzuniyyət bir ay verilir”
ARB Tv-nin əməkdaşı Şəbnəm Qurbansoy da redaksiyada prosesin mövcud qaydalara uyğun olduğunu söylədi:
“Bizə məzuniyyət bir ay verilir. Maaşımızı isə vaxtlı- vaxtında, kəsirsiz alırıq”.
“Həmin günlərin maaşıma təsiri olmayacaq”
“Ayna-Zerkolo” qəzetinin müxbiri Aləmdə Nəsib də fikirlərini bölüşdü:
“Məzuniyyətə çıxmaqda maraqlı olmasam da, bir həftəlik, on günlük işdən uzaqlaşmaq yaxşı təsir edər deyə düşünürəm. Redaksiyadan da bu müddətə istədiyim vaxt istirahət edə biləcəyimi dedilər. Həmin günlərin maaşıma təsiri olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq