"Kaspi" qəzeti 144 illiyini qeyd edir
Yusif Nəzərli
09:54 01.01.2025
Media
836
Bu gün "Kaspi" qəzetinin 1881-ci il yanvarın 1-də ilk nömrəsinin çıxmasından 144 il ötür.
“Report” xəbər verir ki "Kaspi" uzun müddət Bakıda yeganə dövri nəşr olub. Əvvəlcə qəzet həftədə iki dəfə, sonra isə üç dəfə çıxırdı. 1884-cü ildən qəzet gündəlik nəşr olunmağa başlayıb.
Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 144 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əli Mərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub. Topçubaşov "diyar əhalisinin maarifləndirilməsi" və "cəhalət və yoxsulluqdan qurtuluş"u qəzetin missiyası elan edib.
"Kaspi"nin nəşri 1919-cu ildə dayandırılıb və XX əsrin sonunda yenidən bərpa olunub. O zaman Azərbaycan dilində "Kaspi" qəzeti də çıxmağa başlayıb.
“Kaspi” qəzeti 2021-ci ildən Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un tərkibinə daxildir. Rus dilində nəşr olunan "Kaspiy"in baş redaktoru tanınmış jurnalist Vyaçeslav Sapunovdur.
Azərbaycan dilində dərc olunan qəzetin baş redaktoru isə əməkdar jurnalist İlham Quliyevdir.
"Üç əsrin qəzeti" müasir və gözəl dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.
"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.
“Report” informasiya agentliyinin kollektivi hər iki "Kaspi"dəki həmkarlarını əlamətdar tarix münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə