MEDİA-da 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
Yusif Nəzərli
12:42 27.09.2022
Media
680
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
"Sherg.az" xəbər verir ki, Medianın İnkişafı Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara dərin ehtiram ifadə olunub.
Daha sonra tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazıb.
O, əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.
Digər çıxış edənlər tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət