“Media haqqında” Qanun layihəsindən gözləntilər nələrdir?: “Yenilənmələrə ehtiyac var”
Banuçiçək Kalbalıyeva
10:02 02.09.2021
Media
1627
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasında “Media haqqında” Qanun layihəsinin müzakirə olunacağını deyib. Parlamentari bildirib ki, qanun layihəsi müvafiq qurumlarda diskussiyalardan keçib, sənəd ətrafında ictimai müzakirələr təşkil edilib: “Qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması üçün lazımi bütün addımlar atılıb. Artıq bu yöndə hər hansı çətinlik qalmayıb”.
Yeni Qanun layihəsi barədə “Sherg.az”a danışan “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sənədi məqbul hesab etdiyini bildirdi:
“İndiyədək bir neçə dəfə müxtəlif yerlərdə, o cümlədən ADA-da keçirilən seminarda yeni Qanun layihəsi müzakirə olunub. Əsasən Azəbaycan peşəkar mediasında çalışanların fikirləri nəzərə alınıb. Səslənən təkliflərlə əksər media kapitanlarının rəyləri, demək olar, üst-üstə düşür. MEDİA-dakı hüquqşünaslar isə layihənin hüquqi tərəflərini nəzərə alıblar. Layihənin əsas prinsipləri haqqında məlumatlı olduğuma görə bunu yeni dövr üçün vacib sayıram. Sənəd mövcud reallıqlara uyğundur. Fikrimcə, layihə Azərbaycan mediasının maraqlarına cavab verir və KİV-in fəaliyyət istiqamətinin müəyyənləşməsi üçün kifayət qədər hüquqi əsasa malikdir”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə hesab edir ki, ciddi dəyişikliklərə ehtiyac var. Çünki dövr dəyişib:
“İndiyəqədərki qanun “KİV haqqında” adlanırdı. Bu termin sovet dövründən qalıb və daha çox televiziya ilə çap mətbuatını əhatə edir. Hazırda isə internet həmin KİV-i üstələyib. Bu baxımdan yenilənmələrə ehtiyac var. İnanıram ki, yeni layihə ilə Qanunun ruhu da dəyişəcək, Azərbaycan və dünya mediasındakı gerçəkliklər nəzərə alınacaq. Və hazırkı mənzərəni əks etdirəcək”.
A.Camalın sözlərinə görə Kİv-in biznes tərəfi də nəzərə alınmalıdır:
“Media subyektlərinin həm də sahibkarlıq subyektləri olduğu unudulmamalıdır. Güzəştlər beynəlxalq praktikaya uyğunlaşmalıdır. Avropa ölkələrinin, həmçinin Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edə bilərik. Medianın özünü təmin etmə vasitələrinin təbliğinə, o cümlədən reklam bazarının inkişafına, yayım arealının genişləndirilməsinə diqqət yetirilməlidir. Elə etmək lazımdır ki, qəzetlərin mövcudluğu qorunub saxlansın. Çünki çap mətbuatı ənənədir. Yeni Qanun layihəsinin həm müasirliyə cavab verəcəyinə, həm də ənənəni qoruyub saxlayacağına ümid edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm