MEDİA-nın İcraçı direktoru BSU-da görüş keçirib - FOTOLAR
Yusif Nəzərli
16:41 05.11.2025
Media
134
21 aprel tarixində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun Bakı Slavyan Universitetinin (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə tələbələrin ölkədə həyata keçirilən media islahatlarının gedişi ilə tanış olması baxımından bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, dövlətimizin medianın inkişafı istiqamətində atdığı addımlardan, dövrün tələblərinə uyğun olaraq aparılan islahatlardan geniş bəhs edib.
Əhməd İsmayılov Azərbaycan mediasının ölkəmizdə və dünyada baş verən proseslərin cəmiyyətə daha dolğun şəkildə çatdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsi istiqamətində göstərdiyi səylərdən, daim yeniliyə, təkmilləşməyə maraq göstərməsindən, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnməsindən danışıb. O, “Media haqqında” Azərbaycan Respublikası Qanunu bu sahədə hüquqi-normativ bazanın yaradılmasını və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva etdiyini vurğulayıb.
Görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm