"Media reyestri jurnalistikanın sərhədlərini müəyyən edəcək"
Yusif Nəzərli
14:03 26.09.2022
Media
960
“Vahid bir media reyestrinin yaradılması ölkəmizdə real jurnalistikanın kimlərdən ibarət olduğu gerçəyini göstərəcək”
Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Qaydalarda yer alan önəmli məqamlardan biri də Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqələrinin verilməsi məsələsidir. "Editor.az" saytınn baş redaktoru, jurnalist Fərid Şahbazlı bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Medianın İnkişafı Agentliyi bunun könüllü proses olduğunu dəfələrlə vurğulayıb:
“Reyestrdən keçmək istəyən jurnalistlər, media qurumları bunun üçün müraciət edə bilərlər. İstəməyənlərin isə jurnalist fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Bu məsələnin birinci müsbət tərəfidir. Ümumilikdə hesab edirəm ki, media reyestrinin aparılması Azərbaycan jurnalistikasında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaq.
Dünyanın bir çox ölkəsində rast gəlinən bu praktikadan xüsusilə qardaş ölkə Türkiyə də uzun illərdir, istifadə edir. Biz qəbul etməliyik ki, hazırda ölkəmizdə jurnalistlərin, media nümayəndələrinin adından istifadə edən, bu peşə ilə məşğul olmayan, onu özünə qalxan edib qeyri-qanuni işlərlə məşğul olan şəxslər var.
Təbii ki, jurnalistikamızda sayı çox olmayan bu şəxslər ümumilikdə cəmiyyətdə Azərbaycan jurnalistlərinin imicini korlayan addımlar atırlar. Bu mənada vahid media reyestrinin yaradılması ölkəmizdə
jurnalistikanın sərhədlərini müəyyən edəcək.
Bu reyestr haqqı olan jurnalistlərə bir neçə istiqamətdə faydalı olacaq. Ölkəmizdə real jurnalistilərin sayı bəlli olacaq. Beləcə, Medianın İnkişafı Agentliyi də həmin jurnalistlər üçün sosial-iqtisadi dəstək paketləri hazırlayacaq. Jurnalistlərin dövlət dəstəklərindən istifadəsinə şərait yaradacaq.
Bu addım jurnalistlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsi və onların ictimaiyyət tərəfindən daha ciddi qəbul edilməsinə gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq