Mətbuat Şurası: "Deutsche Welle"nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir - BƏYANAT
Yusif Nəzərli
14:26 31.03.2025
Media
486
"Azərbaycan Mətbuat Şurası Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir, media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir".
APA xəbər verir ki, bu fikirlər “Döyçe Velle”də yayımlanmış sənədli filmlə bağlı Mətbuat Şurasının yaydığı bəyanatda əksini tapıb.
Qeyd olunub ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Döyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb:
"Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir.
“Döyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdür. Media qurumunun saxtakarlığı, peşədən sui-istifadə təmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə, erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış, olduqca yanlış və təhlükəli yanaşmadır.
Azərbaycan Mətbuat Şurası yaxın keçmişin xoşagəlməz təcrübəsinə əsaslanaraq, bütövlükdə Almaniya və Qərb mediasının Cənubi Qafqazda sabitliyin, asayiş və firavanlığın formalaşmasına maneçilik törətmə ehtimalı böyük olan hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayır, jurnalistika prinsiplərinə sadiqliyi regionun hazırkı həssas durumuna adekvat münasibət göstəricisi hesab edir.
Mətbuat Şurası bir daha “Döyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyət tərzindən təəssüfləndiyini bildirir. Bu fəaliyyət qəbuledilməz yanaşmadır və regionda sülh gündəliyinə ciddi zərbədir. Media orqanını Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol