Mətbuat Şurası jurnalistin vəfatı ilə bağlı nekroloq imzalayıb
17:02 18.09.2022
Media
510
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi, nəşrin redaksiya heyətinin üzvü, dəyərli ziyalı Atababa Hacıbabayev vəfat edib.
Sherg xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.
Qurum jurnalistin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Nekroloqda deyilir:
“Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi, nəşrin redaksiya heyətinin üzvü, dəyərli ziyalı Atababa Hacıbabayev vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.
A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilmiş, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.
A.İsmayıloğlu yaradıcılıq məhsuldarlığı və istedadı ilə ömrünü-gününü qəlbən bağlılıq duyduğu peşəsinə sonsuz sədaqətin nümunəsi idi. Veteran qələm sahibinin Azərbaycan mədəniyyətinin, teatr sənətinin, görkəmli incəsənət xadimlərinin həyatının öyrənilməsi və cəmiyyətə çatdırılmasındakı, ümumən bu sahənin Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsinə çevrilməsindəki xidmətləri misilsizdir.
Qayğıkeşliyi, sadəliyi, səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, özünəməxsus istedad koloritinə, zəngin yaradıcılıq duyumuna malik A.Hacıbabayevin vəfatı onu tanıyan hər kəs üçün olduqca ağırdır. Azərbaycan Mətbuat Şurası olaraq bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, acılarını və kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət