MŞ sədri:“Həmin portallarda çalışanların heç ali təhsilləri yoxdur” – Yoxlanılacaq ?
Fidan Həmişəyeva
14:41 29.07.2019
Media
1710
Əflatun Amaşov: “Lakin jurnalistlər ali təhsil almalı və bu peşənin incəliklərinə yiyələnməlidirlər”
“Onlar jurnalist peşəsinin prinsiplərinə yiyələnsələr, qanunvericiliyin tələblərini başa düşər və onlara əməl edərlər. Əlbəttə, bu məsələlər jurnalistikamızda bir problemdir”
Son zamanlar heç bir ali təhsili olmayan, lakin jurnalist kimi çalışanların sayı durmadan artır. Mətbuatda hər hansı bir yazının, adi xəbərin belə müəllifi olmayan bir kəsin hansısa saytın baş redaktoru kimi fəaliyyət göstərməsinin şahidi oluruq.Əlbəttə, bu arzuolunmaz haldır. Daha mübhəm məqam odur ki, bu cür şəxslər çox asanlıqla maliyyə mənbələri də tapa bilirlər. Təəssüfləndirici məqamlardan biri də odur ki, sözügedən saytlarda nəinki ali, heç orta məktəbi normal qiymətlərlə bitirməyənlər müxbir kimi işə cəlb olunurlar.
Şübhəsiz ki, medianın qızıl qaydalarını və ya prinsiplərini bilməyənlərin mətbuata ayaq açması hətta bəzi məqamlarda önə çəkilməsi Azərbaycan mediasının peşəkar fəaliyyətinə mane olur.
Maraqlıdır, mediamızdakı bu xoşagəlməz tendensiyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Sherg.az”a açıqlamasında ölkəmizdə medianın azad olduğunu bildirib.
MŞ sədri qeyd edib ki, hər bir insan özünün qəzet və jurnalını yarada bilər:
“Bunun üçün həmin şəxs Ədliyyə Nazirliyinə müraciət etməklə hansısa sayt formalaşdıra bilər. Azərbaycanda media azaddır. Məsələn, hansısa vətəndaş jurnalist olmaya bilər. Amma özü üçün xəbər portalı yaradıb ora müəyyən məlumatlar yerləşdirə bilər. Həmçinin belə portalları, saytları yaradanlara kimsə maliyyə yardımı da göstərir.
Ölkəmizdə kifayət qədər şəffaf qanunvericilik mövcuddur. Lakin bu sahədə narahatlıq doğuran bəzi məqamlar da var. Məsələn, kimsə sayt yaradıb ona rəhbərlik edir və bundan öz şəxsi maraqları üçün istifadə edir. Yaxud hansısa vətəndaşın şərəf və ləyaqətinə toxunulsa, kiminsə haqqında yanlış məlumatlar verilsə, yaxud dövlət çevrilişi ilə bağlı çağırışlar olsa, müəyyən problemlər yarana bilər. Bu zaman qanunvericilik səviyyəsində ölçü götürülür və günahkarlar öz cavabını alırlar”.
Heç bir təhsili olmayanların jurnalist kimi çalışmasına gəlincə, Ə.Amaşov vurğulayıb ki, son zamanlar ölkəmizdə vətəndaş jurnalistikası deyilən anlayış mövcuddur:
“Artıq jurnalistikamızın sahəsi genişlənir. Siravi bir insan telefonla hansısa hadisəni çəkib onu sosial şəbəkədə yaya və redaksiyalara göndərə bilər. Bu anlamda son dövrlər jurnalistikanın sahəsi genişlənib. Lakin jurnalistlər ali təhsil almalı və bu peşənin incəliklərinə yiyələnməlidirlər.
Onlar jurnalist peşəsinin prinsiplərinə yiyələnsələr, qanunvericiliyin tələblərini başa düşər və onlara əməl edərlər.
Əlbəttə, bu məsələlər jurnalistikamızda bir problemdir. Həmin xəbər portallarında çalışanların əksəriyyətinin nəinki jurnalisitika üzrə, heç ali təhsilləri yoxdur. Bu mənada onların yazdıqları keyfiyyət baxımından zəif olur, problemlərin qoyuluşuna və aktual məsələlərin diqqətdə saxlanılmasına fikir verilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı