"Qəzet ölməyib, o, yenidən doğulmağa ehtiyac duyur” - Rauf Arifoğlu
20:46 05.11.2025
Media
279
Azərbaycanda çap mediasının taleyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Cəmiyyətdə “qəzet dövrü bitib” kimi fikirlər səslənsə də, məsələyə fərqli prizmadan yanaşanlar, qəzetlərin işıq üzü görməsinin vacibliyini vurğulayanlar da var.
Azərbaycanın aparıcı media qurumlarından birinin - "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu çap mediasının yaşamasının tərəfdarlarındandır.
O, Teleqraf-a açıqlamasında bildirib ki, qəzetlərin zəifləməsi reallıq olsa da, bu, onların tamamilə sıradan çıxması anlamına gəlməməlidir. Onun sözlərinə görə, çap mediasının yenidən dirçəlişi üçün həm potensial, həm də real icra mexanizmləri mövcuddur.
Rauf Arifoğlunun fikrincə, qəzetlərin media aləmində mövqeyinin zəifləməsi birdən-birə baş verməyib.
"Bu, problemlərin uzun illər həll olunmamasının nəticəsində baş verib. Problemlər əsasən aşağıdakılardan ibarətdir. Kontentin dəyərinin azalması – İnternetin operativliyi səbəbindən qəzetlərin xəbərləri köhnəlmiş hesab olunur. Həmçinin analitik dərinlik zəifləyib. Digər məsələ çatdırılma və yayım şəbəkəsinin çökməsidir. Köşklərin bağlanması və abunə sisteminin geri düşməsi tirajları azaldıb. Vizual və texniki gerilik də qəzetlərin günün tələbləri ilə uyğunlaşmamasına gətirib çıxarıb. Dizayn, səhifə tərtibatı və çap keyfiyyəti müasir oxucunun gözləntisinə uyğun deyil. Nəhayət, kadr axını problemi. Təcrübəli jurnalistlərin internet media sektoruna keçidi nəticəsində qəzet redaksiyaları zəiflədi" - deyə, R.Arifoğlu qeyd edib.
R.Arifoğlu bildirir ki, qəzetlərin sıradan çıxması, ümumiyyətlə, cəmiyyətin düşüncəsinə mənfi təsir göstərə bilər: “Televiziya kino sənayesini məhv etmədi, sosial media televiziya kanallarını yox etmədi. Hər media forması öz funksiyasını adaptasiya edərək yaşayır. Qəzet də məhv edilməməli, yenidən qurulmalıdır.”
Rauf Arifoğlu çap mediasının əvvəlki nüfuzunun bərpası üçün mərhələli həll planı təklif edir: "Birincisi, dövlət dəstəyi yeni mexanizmlə həyata keçirilməlidir. Dəstək kiçik və aylıq deyil, birdəfəlik modernləşmə kapitalı formasında olmalı, layihələr biznes plana əsaslanmalıdır. Aparıcı qəzetlər üçün 1–2 milyon manatlıq inkişaf paketləri nəzərdə tutulmalıdır. İkincisi, kontent yenidən formalaşdırılmalıdır. Qəzet operativ xəbər yox, analitik düşüncə platforması olmalı, araşdırma yazıları, esse və müsahibələr ön plana çəkilməlidir. Qəzet materiallarının tam şəkildə sayta köçürülməsi dayandırılmalıdır. Üçüncüsü, çap və yayım infrastrukturunun müasirləşdirilməsi. Birgə çap mərkəzləri və yeni satış nöqtələri yaradılmalı, regionlara abunə paylanması bərpa olunmalıdır. Dördüncüsü, yeni abunə modelləri hazırlanmalıdır. Çap və onlayn kombinə edilmiş paketlər, şirkətlər və universitetlər üçün xüsusi tariflər tətbiq oluna bilər. Nəhyət, kadrların yetişdirilməsi üçün təlim, redaksiya məktəbləri yaradılmalı, təqaüdlər ayrılmalıdır".
Rauf Arifoğlu hesab edir ki, çap medianın yaşaması yalnız informasiya çatdırmaq funksiyası ilə bağlı deyil — bu, cəmiyyətin intellektual səviyyəsi, müzakirə mədəniyyəti və ictimai yaddaşın qorunması məsələsidir:
“Qəzetin bağlanması sadəcə bir media platformasının yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib, o, yenidən doğulmağa ehtiyac duyur.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Xamneyi Maduronun taleyini yaşaya bilər - ŞƏRH
17:19 29.01.2026
Gündəm
Prezident DGK-nin bir qrup əməkdaşını təltif edib - SƏRƏNCAM
17:11 29.01.2026
Gündəm
Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü
17:06 29.01.2026
Elm və Təhsil
Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq - 16 milyon
16:42 29.01.2026
Dünya
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil