Qırğızıstanda media orqanları vergidən azad edildi

Qırğızıstan media orqanları da vergilərdən azad edən Prezident fərmanı üzrə müvafiq güzəştlərdən yararlana bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Dövlət Vergi Xidmətinin sədri Almambet Şıkmamatov məlumat verib.

O deyib ki, fərman internetdə mətn, qrafik, audio və videomateriallar da daxil olmaqla, ictimaiyyətə açıq məlumatların istehsalı, yerləşdirilməsi və yayılması xidmətlərinə aiddir.

Dövlət Vergi Xidmətinin rəhbəri qeyd edib ki, fərman media qurumlarına da şamil olunur; onlar güzəştlərdən yararlana bilərlər.