Real TV-nin 7 yaşı tamam olur
Yusif Nəzərli
09:34 15.03.2025
Media
474
Bu gün Real TV-nin 7 yaşı tamam olur.
“Report” xəbər verir ki, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə xəbər kanalı kimi formalaşan Real TV öz tamaşaçı kütləsini operativ və dəqiq xəbərlərlə təmin edir.
Qeyd edək ki, Real TV Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır. Real TV əvvəlcə 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayıb.
Həmin ilin martın 5-də isə o zamankı Milli Televiziya və Radio Şurasının (indiki Audivizual Şura) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Şuranın qərarına əsasən, Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Televiziya martın 5-də test yayımına başlayıb. Martın 15-də, saat 08:00-də isə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb.
23 aprel 2019-cu ildə Real TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.
Kanal kabel televiziyalarında, həmçinin peyklə yayımlanır.
“Report” kollektivi Real TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm