Report İnformasiya Agentliyinin Report.ge resursu fəaliyyətə başlayıb
06:37 04.11.2019
Media
513
Report İnformasiya Agentliyinin Gürcüstanda www.report.ge resursu fəaliyyətə başlayıb. Mərkəzi ofisi paytaxt Tbilisidə yerləşən xəbər saytının əsas məqsədi qonşu ölkədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq etmək, Gürcüstan ictimaiyyətinin diqqətinə bu ölkədə və xaricdə baş verənləri operativ şəkildə və obyektiv qaydada çatdırmaqdır.
Agentliyin baş redaktoru Nino Xidaşeli bildirib ki, report.ge günboyu Gürcüstanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən aktual hadisələr, habelə xarici xəbərlər yayımlayacaq.
Report.ge artıq bütün sosial şəbəkələrdə aktivdir və bu da onu bir növ multimedia klasterinə çevirir.
Report.ge hazırladığı materialları müasir rəqəmsal texnologiyaları tətbiq etməklə oxucuların daha rahat qəbul edəcəyi formada təqdim edəcək.
Report.ge həm video, həm də yazılı məzmunu özündə birləşdirir, bu da informasiya qəbulunu asanlaşdırır.
www.report.ge üç dildə (gürcü, rus və ingilis) fəaliyyət göstərir.
Xatırladaq ki, internet resursu report.az olan Report İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakı şəhərindədir.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsədlər ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya