SİMA-nın böyük üstünlükləri var
Yusif Nəzərli
20:14 17.05.2022
Media
694
Vətəndaş heç bir ödəniş etmədən, qısa bir vaxtda rəqəmsal imzanı əldə edə biləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb. Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən göstərilən dövlət xidmətləri indi vətəndaşlara daha əlçatan olacaq. Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla bura inteqrasiya olunan 80 portala və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.
“ASAN Login” sisteminin SİMA-ya qoşulmasını uğurlu addım kimi dəyərləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, SİMA yeni rəqəmsal imzanın inteqrasiyası sürətlənib: “Deməli, qısa zamanda RİNN və ASAN birgə xeyli işlər görüblər inteqrasiya üçün. SİMA-nın ASAN-a inteqrasiyası o deməkdir ki, artıq müxtəlif dövlət sistemlərinə, 80-dən çox dövlət portalına girişlə bağlı vətəndaşlar daha asan və sadə bir identifikasiya alətinə malik olub. Yəni bu məsələdə, sadəcə, portallara giriş məsələsində ASAN-a dəxli olmayan ASAN imzanın inhisarçılığının qarşısı alınıb. Lakin hələlik bu o demək deyil ki, vətəndaş bütün dövlət xidmətlərini SİMA ilə əldə edə biləcək, sənədlərini SİMA ilə imzalayacaq.
Ciddi problemlər qalır. Xidmətlərin özünün SİMA-ya inteqrasiyası hələ yeni başladığından vətəndaşlar zamanla SİMA-nın üstünlüyünü, real faydasını görə biləcəklər.
Çünki hələ də kifayət qədər populyar olan, ciddi ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlər, vergi xidmətləri, notarial xidmətlər, MİDA xidmətləri, əmlak xidmətləri SİMA-ya inteqrasiya olunmayıb. Vətəndaşın təqdim etdiyi sənədlərin isə SİMA ilə imzalanması üçün mütləqdir ki, inteqrasiya olunsun.
Düşünürəm ki, bu xidmətlərin, xüsusilə də vergi xidmətlərinin daha tez bir zamanda SİMA-ya inteqrasiyasına ehtiyac var”.
Sözügedən sahələrdə mobil imza olan ASAN imzanın inhisarçılığının ən yüksək həddə olduğunu vurğulayan O.Gündüzün sözlərinə görə, RİNN, “AzİnTelecom” hazırda əlaqədar qurumlarla birgə SİMA-nın dövlət xidmətlərinə inteqrasiyası istiqamətində çalışırlar.
Elə dünən keçirilən “Korrupsiyanın qarşısının alınmasında texnologiyaların rolu” mövzusunda ictimai dinləmələrdə həm də bu haqda müzakirə aparılıb.
AİF prezidentinə görə, SİMA-nın əsas üstünlüyü odur ki, mobil nömrəyə bağlı deyil, vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən rəqəmsal bir identifikasiya vasitəsi, sənədləri imzalama vasitəsi əldə etmiş olur: "SİMA mobil tətbiqlərini yükləyib heç bir ödəniş etmədən, qısa bir anda, biometrik (üztanıma) texnologiyası ilə qeydiyyatdan keçib bu rəqəmsal imzanı əldə etmək mümkündür.
Ümid edirəm, qısa zamanda SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən dövlət xidmətlərinə inteqrasiyası başa çatacaq”.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial