Aparıcı Könül Muxtarova Space TV-dəki fəaliyyətini dayandırıb.
Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, 3 aydır kanalda çalışsa da, maaş ala bilmir.
“Üç aydır çalışdığım kanaldan maaş ala bilmirəm. Bundan sonrasına da vəd verə bilmirlər” deyə, Könül qeyd edib.
Qeyd edək ki, Könül kanalda "Sevilən səhər" verilişinə aparıcılıq edirdi.