Tanınmış DJ radionun rəhbəri təyin olundu

“Space FM” radiosunun rəhbərliyinə yeni direktor təyin edilib.

Kult.az xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev (DJ Çina) gətirilib.

O, təyinatı ilə bağlı paylaşımı sosial şəbəkə hesabında edib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Space FM”in əvvəlki direktoru Sərxan Qədimov vəzifəsindən azad olunmuşdu.