Türkdilli dövlətlərin media nümayəndələrinin görüşü olub
Yusif Nəzərli
15:43 23.10.2021
Media
959
Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində türkdilli dövlətlərin media qurumlarının rəhbər və təmsilçiləri, habelə sosial media mütəxəssisləri arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurasına üzv ölkələri arasında media sahəsində əlaqələrin mövcud problemləri və onların həlli yolları müzakirə edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan gənclər arasında vahid sosial media platformasının təşkil olunması, media qurumları arasında texniki mütənasibliyin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər türkdilli dövlətlərdən olan media nümayəndələri, eləcə də gənc jurnalistlər iştirak ediblər.
Toplantıda çıxışı zamanı Rövşən Məmmədov yaxın perspektivli addım kimi, türk dövlətlərindən olan gənc jurnalistlərin ortaq süjetlər hazırlayaraq hər birinin təmsil etdiyi media qurumunda yayımlanmasının mümkünlüyünü qeyd edib. Əhməd İsmayılov isə türkdilli dövlətlərdə fəaliyyət göstərən gənc jurnalistlərin qarşılıqlı mübadiləsinin, keyfiyyətli təcrübə proqramlarının tətbiqinin qardaş ölkələrin gəncləri və həmkarlarımız arasında kommunikasiyanın gücləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm