Cinayətkarla isə qanunun ən sərt üzü ilə danışırlar! Bir xəbəri ərsəyə gətirə bilməyən, bir cümləsində sözdən çox səhv buraxan, intellekti topuğuna, mədəniyyəti dabanına qədər olan, peşəkar media qurumlarının qapısından 3-5 gündən sonra it kimi qovulan onlarla adam tanıyıram ki, jurnalistikanın “J” hərfinə yaxın gələ bilməsələr də, siyasi şantajdan dələduzluğa kimi, cinayətkarlığın əlifbasını yaxşıca əzbərləriblər. Yeri gələndə utanmadan, əxlaqsızlığın dibinə yuvarlanmış birisinin belə qibtə edəcəyi həyasızlıqla “söz və fikir azadlığı”ndan dəm vurur. Şərəfinin qələminə, qələminin şərəfinə sığınıb əlahəzrət sözə xidmət edənlərə “jurnalistika” dərsi keçirlər. Bəzən tanınmaza-bilməzə açıla bilən nə varsa - qapı, pəncərə, nəfəslik açılır, yollarına informasiya da daxil olmaqla çeşidli məkanların "xalıları" döşənir. Sosial şəbəkələr, internet resursları üzərindən zəhərlərini bütün cəmiyyətə püskürə biləcəkləri qədər yemlənirlər. Problem təkcə qısaca “reket” kimi səciyyələndirdiyimiz ilanlarda deyil, həm də onlara yem verənlərdədir. Mübarizəni də “zəhər xammalı istehsalçıları”ndan başlamaq lazımdır”.
Zamanı çatıb: Ölkənin informasiya məkanı təmizlənməlidir