Azərbaycanda uzun illərdir, yaşadılan 14 fevral Sevgililər günü fərqli ad və tarixlə qeyd edilir. Amma hələki kütləvi deyil... “Bizim ölkədə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilməlidir” deyə düşünənlər az deyil. Bu tarix 1990-cı ilin 20 Yanvarında şəhid olmuş İlham və Fərizə Allahverdiyevlərin xatirəsinə ithafdır. Cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıdıb. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir.
Biz də paytaxt sakinlərinin bu günlə əlaqədar təəssüratlarını öyrənmək üçün “Sevginin günü varmı?” sualı ilə paytaxt Bakıda sorğu keçirdik.
Kameramızı görüb qaçanlar çoxluq təşkil etsə də, ayaq saxlayıb həmsöhbət olduqlarımız da var idi.
Həmkarımla dünyanı sevgi gözəlləşdirəcək deyərək həmin videonu tədqim edirik:
Hazırladılar: Aygün TAHİR, Xanlar ƏLİBƏY