Fələstin Prezidenti Mahmud Abbas üç ay ərzində milli Konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi və keçmiş baş nazir (2019-2024) Məhəmməd Ştayye bildirib.
“Mən həm də Konstitusiya layihəsini hazırlayan komitənin üzvüyəm. Prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün bizə üç ay vaxt verib. Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik”, - o qeyd edib.